https://sputnik.az/20221125/spinomuskular-atrofiya-xestelerinin-mualicesini-dovlet-qarsilasin---deputat-448953975.html
Spinomuskular atrofiya xəstələrinin müalicəsini dövlət qarşılasın - DEPUTAT
Spinomuskular atrofiya xəstələrinin müalicəsini dövlət qarşılasın - DEPUTAT
Sputnik Azərbaycan
Deputatın sözlərinə görə, həmin xəstələrin müalicəsi olduqca bahadır və bu da valideynlər üçün ciddi problem yaradır. 25.11.2022, Sputnik Azərbaycan
2022-11-25T12:25+0400
2022-11-25T12:25+0400
2022-11-25T12:25+0400
cəmiyyət
milli məclis
müzakirə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42185/40/421854092_0:0:1001:563_1920x0_80_0_0_e68c53cff54c132a177461dd6718b986.jpg
BAKI, 25 noyabr-Sputnik. Deputat Azərbaycanda spinomuskular atrofiya (SMA) xəstələrinin müalicəsinin dövlət büdcəsi tərəfindən qarşılanmasını təklif edib.Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu rəsmi statistikaya görə, ölkədə bu xəstəlikdən əziyyət çəkən 28 uşağın mövcud olduğunu söyləyib.Deputat bildirib ki, həmin xəstələrin müalicəsi olduqca bahadır və bu da valideynlər üçün ciddi problem yaradır:“Artıq həmin xəstəliyin inyeksiya yolu ilə müalicəsi mümkündür. Bir inyeksiya da 2 milyon dollara başa gəlir. Hesab edirəm ki, 28 uşağın müalicəsi mümkün ola bilər”.Qeyd edək ki, SMA sinir-əzələ xəstəliyi olub, genetikdir. Bu xəstəlikdə onurğa beynin ön buynuzları zədələndiyi üçün sinir impulsları əzələlərə ötürülmür, beləliklə də əzələlərin tonusu itir, hipotoniya (süstlük) yaranır, əzələlərdə atrofiya müşahidə olunur. Xəstəlik zamanı uşağın yerimə, yemək yemə və nəfəs alma funksiyası da zərər görür. Bu xəstəliyə tutulan körpələr uzunmüddət yaşaya bilmədiyindən, SMA onlar üçün bir nömrəli genetik ölüm səbəbi sayılır. SMA əlamətləri/simptomları xəstəliyin növündən asılı olaraq dəyişir. Xəstəlik körpəlikdən 20 yaşına qədər istənilən vaxt başlaya bilər.Xəstəlik şiddətinə görə neyromuskular kollektivdə nevroloq, pulmonoloq, psixiatr, qastroenteroloq və reabilitoloq birgə çalışmalıdır.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42185/40/421854092_0:0:1001:751_1920x0_80_0_0_a890dc87b3f89e237810b794bde7289f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, müzakirə, azərbaycan
milli məclis, müzakirə, azərbaycan
Spinomuskular atrofiya xəstələrinin müalicəsini dövlət qarşılasın - DEPUTAT
Deputatın sözlərinə görə, həmin xəstələrin müalicəsi olduqca bahadır və bu da valideynlər üçün ciddi problem yaradır.
BAKI, 25 noyabr-Sputnik. Deputat Azərbaycanda spinomuskular atrofiya (SMA) xəstələrinin müalicəsinin dövlət büdcəsi tərəfindən qarşılanmasını təklif edib.
Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu rəsmi statistikaya görə, ölkədə bu xəstəlikdən əziyyət çəkən 28 uşağın mövcud olduğunu söyləyib.
Deputat bildirib ki, həmin xəstələrin müalicəsi olduqca bahadır və bu da valideynlər üçün ciddi problem yaradır:
“Artıq həmin xəstəliyin inyeksiya yolu ilə müalicəsi mümkündür. Bir inyeksiya da 2 milyon dollara başa gəlir. Hesab edirəm ki, 28 uşağın müalicəsi mümkün ola bilər”.
Qeyd edək ki, SMA sinir-əzələ xəstəliyi olub, genetikdir. Bu xəstəlikdə onurğa beynin ön buynuzları zədələndiyi üçün sinir impulsları əzələlərə ötürülmür, beləliklə də əzələlərin tonusu itir, hipotoniya (süstlük) yaranır, əzələlərdə atrofiya müşahidə olunur. Xəstəlik zamanı uşağın yerimə, yemək yemə və nəfəs alma funksiyası da zərər görür. Bu xəstəliyə tutulan körpələr uzunmüddət yaşaya bilmədiyindən, SMA onlar üçün bir nömrəli genetik ölüm səbəbi sayılır. SMA əlamətləri/simptomları xəstəliyin növündən asılı olaraq dəyişir. Xəstəlik körpəlikdən 20 yaşına qədər istənilən vaxt başlaya bilər.
Xəstəlik şiddətinə görə neyromuskular kollektivdə nevroloq, pulmonoloq, psixiatr, qastroenteroloq və reabilitoloq birgə çalışmalıdır.