SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: Brüsseldə görüş olmayacaq

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Bakıda beynəlxalq konfransda iştirak edir
Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransda iştirak edir  - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Abunə olmaq
Ermənistanın baş naziri Nikol Paşinyan yalnız Fransa prezidenti Makronun iştirak edəcəyi təqdirdə görüşə razılıq verib.
BAKI, 25 noyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüş baş tutmayacaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
İlham Əliyev "Orta dəhliz boyu: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı xatırladıb ki, onun Ermənistan lideri Paşinyanla dekabrın 7-də görüşü keçirilməli idi.

"Amma dünən Hikmət Hacıyev (prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri – red.) mənə Şarl Mişelin ofisindən onunla əlaqə saxlandığını və Ermənistanın baş naziri Nikol Paşinyan yalnız Fransa prezidenti Makronun iştirak edəcəyi təqdirdə görüşə razılıq verib. Bu o deməkdir ki, bu görüş baş tutmayacaq", - deyə dövlət başçısı bildirib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə sonuncu görüşü avqustun 31-də Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş tutub.
Tərəflər sülh sazişinə hazırlıq məsələlərini müzakirə edib və bu məsələ ilə bağlı XİN səviyyəsində ölkələr arasında təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Bundan əlavə, gündəliyə sərhədlərin delimitasiyası və demarkasiyası, regionda kommunikasiyaların açılması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlər daxil edilib.
Xəbər lenti
0