https://sputnik.az/20221125/cebrayilda-aile-saglamliq-merkezi-fealiyyete-baslayib-448960182.html
Cəbrayılda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb
Cəbrayılda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb
Sputnik Azərbaycan
Bildirilib ki, Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyindəki Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən... 25.11.2022, Sputnik Azərbaycan
2022-11-25T14:57+0400
2022-11-25T14:57+0400
2022-11-25T14:57+0400
cəbrayıl
qarabağ
ailə
sağlamlıq
mərkəz
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/09/425153327_0:0:1000:563_1920x0_80_0_0_305cc3ffb3490b926572f5b128600c26.jpg
BAKI, 25 noyabr — Sputnik. İşğaldan azad edilmiş Cəbrayıl şəhərində Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb. Bu barədə TƏBİB-dən məlumat verilib.Bildirilib ki, Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyindəki Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tabeliyində yaradılıb.Mərkəz 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında xidmət göstərəcək. Hər növbədə həkim, tibb bacısı, sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətində olacaq.Sağlamlıq mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə verilib və 10 minə qədər vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib.Mərkəzdə təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və ambulansla tam təchiz olunub.Mərkəzin açılışında TƏBİB-in Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Ailə Sağlamlıq Mərkəzində çalışan tibb işçiləri iştirak edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/09/425153327_245:0:996:563_1920x0_80_0_0_30e209204089008a58edb3cd82a9f318.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
cəbrayıl, ailə, sağlamlıq, mərkəz
cəbrayıl, ailə, sağlamlıq, mərkəz
Cəbrayılda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb
Bildirilib ki, Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyindəki Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tabeliyində yaradılıb.
BAKI, 25 noyabr — Sputnik. İşğaldan azad edilmiş Cəbrayıl şəhərində Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb. Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyindəki Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tabeliyində yaradılıb.
Mərkəz 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında xidmət göstərəcək. Hər növbədə həkim, tibb bacısı, sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətində olacaq.
Sağlamlıq mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə verilib və 10 minə qədər vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib.
Mərkəzdə təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və ambulansla tam təchiz olunub.
Mərkəzin açılışında TƏBİB-in Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Ailə Sağlamlıq Mərkəzində çalışan tibb işçiləri iştirak edib.