https://sputnik.az/20221124/uc-il-muddetsiz-muqavile-ile-islemis-muellimlere-sad-xeber-448920489.html
Üç il müddətsiz müqavilə ilə işləmiş müəllimlərə şad xəbər
Üç il müddətsiz müqavilə ilə işləmiş müəllimlərə şad xəbər
Sputnik Azərbaycan
İnsan resursları mərkəzinin direktoru deyib ki, yerdəyişmə müsabiqəsində iştirak etmək üçün bir müəllim 3 il müddətsiz müqavilə ilə çalışmasını tamamlamalıdır... 24.11.2022, Sputnik Azərbaycan
2022-11-24T16:30+0400
2022-11-24T16:30+0400
2022-11-24T16:30+0400
müqavilə
təhsil
bakı şəhəri üzrə təhsil idarəsi
https://cdnn1.img.sputnik.az/img/41238/55/412385599_0:133:1281:853_1920x0_80_0_0_f6893f55ae86ce52a879fa56bab690aa.jpg
BAKI, 24 noyabr — Sputnik. İstər yerdəyişmə, istərsə də qarşılıqlı yerdəyişmə proqramında müəllimlər işə qəbul imtahanında (MİQ) topladıqları balla iştirak edirlər. Həmçinin müəllimlər müsabiqəyə sertifikatlaşdırma imtahanının nəticəsi ilə də qoşula bilərlər.Bunu İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli Təhsil TV-də yayımlanan "Təhsil masası"nda deyib.Onun sözlərinə görə, yerdəyişmə ilə bağlı adətən Bakı-Sumqayıt, yaxud da Bakıətrafı qəsəbələrdə çalışan müəllimlər müraciət edirlər:"Ötən tədris ilində yerdəyişmədən yararlanan müəllimlər bu il qarşılıqlı yerdəyişmə platformasından istifadə edə bilmirlər. Çünki onlar iş yerlərini yeni dəyişiblər və öz istəkləri ilə bu müəssələrə işə qəbul olublar. Qarşılıqlı yerdəyişmə zamanı bəzən müəllimlər dərs saatlarını yüksək göstərməyə çalışırlar. Sənədlərdə tərsmütənasiblik olduğu təqdirdə şəxsin cari tədris ilində platformadan istifadəsi məhdudlaşırılacaq. Çalışacağıq ki, platformaya müraciət edən müəllimlər növbəti yarımildən yeni iş yerlərində fəaliyyətlərini davam etdirə bilsinlər".Nurlan İsmayılbəyli qeyd edib ki, yerdəyişmə müsabiqəsində iştirak etmək üçün bir müəllim 3 il müddətsiz müqavilə ilə çalışmasını tamamlamalıdır, yalnız bu halda platformaya müraciət edə bilər (Azərtac).Qeyd edək ki, 2021-2022-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində 2550 nəfər uğur qazanıb.Onlardan 721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1579 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesində, 250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41238/55/412385599_0:0:1137:853_1920x0_80_0_0_aac522a1ecda6fd119ca836e301b11d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
müqavilə, bakı şəhəri üzrə təhsil idarəsi
müqavilə, bakı şəhəri üzrə təhsil idarəsi
Üç il müddətsiz müqavilə ilə işləmiş müəllimlərə şad xəbər
İnsan resursları mərkəzinin direktoru deyib ki, yerdəyişmə müsabiqəsində iştirak etmək üçün bir müəllim 3 il müddətsiz müqavilə ilə çalışmasını tamamlamalıdır, yalnız bu halda platformaya müraciət edə bilər.
BAKI, 24 noyabr — Sputnik. İstər yerdəyişmə, istərsə də qarşılıqlı yerdəyişmə proqramında müəllimlər işə qəbul imtahanında (MİQ) topladıqları balla iştirak edirlər. Həmçinin müəllimlər müsabiqəyə sertifikatlaşdırma imtahanının nəticəsi ilə də qoşula bilərlər.
Bunu İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli Təhsil TV-də yayımlanan "Təhsil masası"nda deyib.
Onun sözlərinə görə, yerdəyişmə ilə bağlı adətən Bakı-Sumqayıt, yaxud da Bakıətrafı qəsəbələrdə çalışan müəllimlər müraciət edirlər:
"Ötən tədris ilində yerdəyişmədən yararlanan müəllimlər bu il qarşılıqlı yerdəyişmə platformasından istifadə edə bilmirlər. Çünki onlar iş yerlərini yeni dəyişiblər və öz istəkləri ilə bu müəssələrə işə qəbul olublar. Qarşılıqlı yerdəyişmə zamanı bəzən müəllimlər dərs saatlarını yüksək göstərməyə çalışırlar. Sənədlərdə tərsmütənasiblik olduğu təqdirdə şəxsin cari tədris ilində platformadan istifadəsi məhdudlaşırılacaq. Çalışacağıq ki, platformaya müraciət edən müəllimlər növbəti yarımildən yeni iş yerlərində fəaliyyətlərini davam etdirə bilsinlər".
Nurlan İsmayılbəyli qeyd edib ki, yerdəyişmə müsabiqəsində iştirak etmək üçün bir müəllim 3 il müddətsiz müqavilə ilə çalışmasını tamamlamalıdır, yalnız bu halda platformaya müraciət edə bilər (Azərtac).
Qeyd edək ki, 2021-2022-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində 2550 nəfər uğur qazanıb.
Onlardan 721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1579 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesində, 250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.