https://sputnik.az/20221124/turkiye-ve-suriyanin-kesfiyyat-xidmetleri-elaqeleri-davam-etdirmelidirler---lavrentyev-448907588.html
Türkiyə və Suriyanın kəşfiyyat xidmətləri əlaqələri davam etdirməlidirlər - Lavrentyev
Türkiyə və Suriyanın kəşfiyyat xidmətləri əlaqələri davam etdirməlidirlər - Lavrentyev
Sputnik Azərbaycan
Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, Türkiyə-Suriya yaxınlaşması məsələsini Rusiya Prezidenti Vladimir Putin... 24.11.2022, Sputnik Azərbaycan
2022-11-24T14:35+0400
2022-11-24T14:35+0400
2022-11-24T14:35+0400
suriya
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/42404/31/424043110_0:320:3072:2048_1920x0_80_0_0_88db17e0443c123d45e0f24e5deeb794.jpg
BAKI, 24 noyabr — Sputnik. Rusiya Federasiyası hesab edir ki, Türkiyə və Suriyanın kəşfiyyat xidmətlərinin rəhbərləri gərginliyə baxmayaraq, əlaqələri davam etdirməlidirlər. Bunu Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev RİA Novosti-yə müsahibəsində bildirib.Onun sözlərinə görə, Türkiyə-Suriya yaxınlaşması məsələsini Rusiya Prezidenti Vladimir Putin prioritet kimi qeyd edib. Suriya münaqişəsinin həllinin özü də bundan əhəmiyyətli dərəcədə asılıdır."İki ölkənin kəşfiyyat rəhbərləri arasında görüşlər və təmaslar kifayət qədər müntəzəm əsasda Türkiyə Milli Kəşfiyyat Xidmətinin direktoru Hakan Fidan və Suriya Milli Təhlükəsizlik Bürosunun direktoru Əli Məmlük arasında keçirilir", - Lavrentyev bildirib.Onun sözlərinə görə, belə görüşlər üçün Rusiya hərbçiləri yardım edirlər."Düşünürəm ki, Suriyanın şimal-şərqində və İdlibdə deeskalasiya zonasında vəziyyətin gərginləşməsinə baxmayaraq, bu təmaslar faydalıdır. Onlar müəyyən müsbət nəticələr verəcək. Hesab edirik ki, təmaslar olmalıdır", - Rusiya Federasiyası prezidentinin xüsusi nümayəndəsi bildirib.O, Türkiyə və Suriyanın bir-biri ilə birbaşa əlaqə quraraq bir çox məsələləri həll edə biləcəyini vurğulayıb.Noyabrın 20-də Türkiyə Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına qarşı hava əməliyyatı keçirib - İraqın şimalında olduğu kimi Kobani şəhərinə də zərbələr endirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatının keçiriləcəyini istisna etməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42404/31/424043110_203:0:2934:2048_1920x0_80_0_0_ed244045cfa9a2c5adf396a9b4b25762.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
suriya, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
suriya, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Türkiyə və Suriyanın kəşfiyyat xidmətləri əlaqələri davam etdirməlidirlər - Lavrentyev
Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, Türkiyə-Suriya yaxınlaşması məsələsini Rusiya Prezidenti Vladimir Putin prioritet kimi qeyd edib.
BAKI, 24 noyabr — Sputnik. Rusiya Federasiyası hesab edir ki, Türkiyə və Suriyanın kəşfiyyat xidmətlərinin rəhbərləri gərginliyə baxmayaraq, əlaqələri davam etdirməlidirlər. Bunu Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev RİA Novosti-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Türkiyə-Suriya yaxınlaşması məsələsini Rusiya Prezidenti Vladimir Putin prioritet kimi qeyd edib. Suriya münaqişəsinin həllinin özü də bundan əhəmiyyətli dərəcədə asılıdır.
"İki ölkənin kəşfiyyat rəhbərləri arasında görüşlər və təmaslar kifayət qədər müntəzəm əsasda Türkiyə Milli Kəşfiyyat Xidmətinin direktoru Hakan Fidan və Suriya Milli Təhlükəsizlik Bürosunun direktoru Əli Məmlük arasında keçirilir", - Lavrentyev bildirib.
Onun sözlərinə görə, belə görüşlər üçün Rusiya hərbçiləri yardım edirlər.
"Düşünürəm ki, Suriyanın şimal-şərqində və İdlibdə deeskalasiya zonasında vəziyyətin gərginləşməsinə baxmayaraq, bu təmaslar faydalıdır. Onlar müəyyən müsbət nəticələr verəcək. Hesab edirik ki, təmaslar olmalıdır", - Rusiya Federasiyası prezidentinin xüsusi nümayəndəsi bildirib.
O, Türkiyə və Suriyanın bir-biri ilə birbaşa əlaqə quraraq bir çox məsələləri həll edə biləcəyini vurğulayıb.
Noyabrın 20-də Türkiyə Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına qarşı hava əməliyyatı keçirib - İraqın şimalında olduğu kimi Kobani şəhərinə də zərbələr endirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatının keçiriləcəyini istisna etməyib.