SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mehriban Əliyevanın köməkçisi Prezident Administrasiyasına şöbə müdiri təyin edildi

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan, 1920, 24.11.2022
Abunə olmaq
Buna qədər Andrey Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsini icra edib.
BAKI, 24 noyabr — Sputnik. Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb.
Qeyd edək ki, buna qədər Andrey Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsini icra edib. Andrey Sipilin 1995—1999-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000—2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2000—2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.
Bakı Dövlət Universitetində hüquq, Azərbaycan Dövlət İqtisad Universitetində isə biznes idarəetməsi və audit ixtisası üzrə təhsil alıb. 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004—2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib.
Daha sonra "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib.
Xəbər lenti
0