Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunun Quru Qoşunları təlimlərə başlayıb

© AR Ministry of DefenceПроводятся командно-штабные учения с соединениями Сухопутных войск
Проводятся командно-штабные учения с соединениями Сухопутных войск - Sputnik Azərbaycan, 1920, 24.11.2022
Abunə olmaq
Təlimdə tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir.
BAKI, 24 noyabr — Sputnik. Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub. Tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilir.
Komanda-qərargah təlimlərinin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir. Təlimdə qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.
Xatırladaq ki, noyabrın 18-də Azərbaycan döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının motoatıcı bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Təlimlərə cəlb olunan bölmələr praktiki fəaliyyətləri yerinə yetiriblər.
Bölmələr döyüş texnikası üzərində müxtəlif irəliləmə üsullarını məşq etdiriblər və təyin olunmuş marşrutla hərəkət edərək şərti düşmən mövqelərinə yaxınlaşmaq, eləcə də aşkar olunan hədəflərin məhv edilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.
Xəbər lenti
0