CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün hava necə olacaq

Bakı  - Sputnik Azərbaycan, 1920, 23.11.2022
Abunə olmaq
Ölkə ərazisində və paytaxtda havanın temperaturu 15-17° isti olacaq.
BAKI, 23 noyabr - Sputnik. Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.
Ölkə ərazisində havanın temperaturu 15-17° isti olacaq. Bakıda da 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 16-21° isti olacaq. Dağlarda isə 9-14° isti olacağı bildirilir.
Xəbər lenti
0