https://sputnik.az/20221122/ozbekistan-ve-cin-resmileri-efqanistandaki-veziyyeti-muzakire-etdiler-448832587.html
Özbəkistan və Çin rəsmiləri Əfqanıstandakı vəziyyəti müzakirə etdilər
Özbəkistan və Çin rəsmiləri Əfqanıstandakı vəziyyəti müzakirə etdilər
Sputnik Azərbaycan
Tərəflər qeyd ediblər ki, Əfqanıstanın yeni hakimiyyət orqanlarına münasibətdə dünya birliyinin vahid mövqeyini inkişaf etdirmədən kəskin sosial və humanitar... 22.11.2022, Sputnik Azərbaycan
2022-11-22T14:11+0400
2022-11-22T14:11+0400
2022-11-22T14:22+0400
əfqanıstan
dünya xəbərləri
çin
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438163543_0:125:3078:1856_1920x0_80_0_0_87bc29d38dedf5d55e11e33326b07396.jpg
BAKI, 22 noyabr — Sputnik. Özbəkistanın və Çinin hakimiyyət orqanları Əfqanıstanda hakimiyyətə gələn Taliban hərəkatına (terrorçuluq fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) qarşı vahid mövqenin inkişaf etdirilməsinin tərəfdarıdır. Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Məlumata görə, Daşkənddə Özbəkistan prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmətulla İrqaşev Çin Xarici İşlər Nazirliyindəki həmkarı Yue Siaoyun ilə danışıqlar aparıb, Əfqanıstan böhranının sülh yolu ilə həlli və bu ölkəyə operativ şəkildə humanitar və digər yardımların göstərilməsi müzakirə edilib."Tərəflər qeyd ediblər ki, Əfqanıstanın yeni hakimiyyət orqanlarına münasibətdə dünya birliyinin vahid mövqeyini inkişaf etdirmədən kəskin sosial və humanitar böhranı həll etmək, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına kömək etmək mümkün olmayacaq", - XİN-in məlumatında deyilir.Əfqanıstanda enerji, nəqliyyat və logistika sektorlarında müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinin vacibliyi qeyd edilib."Əfqan məsələsi üzrə Özbəkistan və Çinin xüsusi nümayəndələri səviyyəsində məsləhətləşmələrin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub", - məlumatda qeyd edilib.Ötən il avqustun əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirdi, avqustun 15-də Kabilə daxil oldu və ertəsi gün müharibənin başa çatdığını elan etdi. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin mühafizəsi altında olan Kabil hava limanından Qərb ölkələrinin vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanlar kütləvi şəkildə təxliyə edildilər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoydu. Həmin ilin sentyabrın əvvəlində ilk Taliban hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışmış və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun rəhbərlik etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438163543_230:0:2961:2048_1920x0_80_0_0_c84999c44198a25d714db09975c6eb6f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
əfqanıstan, çin
Özbəkistan və Çin rəsmiləri Əfqanıstandakı vəziyyəti müzakirə etdilər
14:11 22.11.2022 (Yenilənib: 14:22 22.11.2022) Tərəflər qeyd ediblər ki, Əfqanıstanın yeni hakimiyyət orqanlarına münasibətdə dünya birliyinin vahid mövqeyini inkişaf etdirmədən kəskin sosial və humanitar böhranı həll etmək mümkün olmayacaq.
BAKI, 22 noyabr — Sputnik. Özbəkistanın və Çinin hakimiyyət orqanları Əfqanıstanda hakimiyyətə gələn Taliban hərəkatına (terrorçuluq fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) qarşı vahid mövqenin inkişaf etdirilməsinin tərəfdarıdır. Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Daşkənddə Özbəkistan prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmətulla İrqaşev Çin Xarici İşlər Nazirliyindəki həmkarı Yue Siaoyun ilə danışıqlar aparıb, Əfqanıstan böhranının sülh yolu ilə həlli və bu ölkəyə operativ şəkildə humanitar və digər yardımların göstərilməsi müzakirə edilib.
"Tərəflər qeyd ediblər ki, Əfqanıstanın yeni hakimiyyət orqanlarına münasibətdə dünya birliyinin vahid mövqeyini inkişaf etdirmədən kəskin sosial və humanitar böhranı həll etmək, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına kömək etmək mümkün olmayacaq", - XİN-in məlumatında deyilir.
Əfqanıstanda enerji, nəqliyyat və logistika sektorlarında müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinin vacibliyi qeyd edilib.
"Əfqan məsələsi üzrə Özbəkistan və Çinin xüsusi nümayəndələri səviyyəsində məsləhətləşmələrin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub", - məlumatda qeyd edilib.
Ötən il avqustun əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirdi, avqustun 15-də Kabilə daxil oldu və ertəsi gün müharibənin başa çatdığını elan etdi. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin mühafizəsi altında olan Kabil hava limanından Qərb ölkələrinin vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanlar kütləvi şəkildə təxliyə edildilər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoydu. Həmin ilin sentyabrın əvvəlində ilk Taliban hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışmış və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun rəhbərlik etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.