https://sputnik.az/20221122/baki-simal-cenub-dehlizi-cercivesinde-hansi-infrastruktur-layihelerini-heyata-kecirir-448840918.html
Bakı "Şimal-Cənub" dəhlizi çərçivəsində hansı infrastruktur layihələrini həyata keçirir
Bakı "Şimal-Cənub" dəhlizi çərçivəsində hansı infrastruktur layihələrini həyata keçirir
Sputnik Azərbaycan
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Hindistan və İrandan Rusiyaya yüklərin fasiləsiz daşınmasını təmin etmək və onların çatdırılma müddətini əhəmiyyətli... 22.11.2022, Sputnik Azərbaycan
2022-11-22T14:23+0400
2022-11-22T14:23+0400
2022-11-22T14:23+0400
iqtisadiyyat
şimal-cənub tranzit dəhlizi
xəzər
https://cdnn1.img.sputnik.az/img/40692/28/406922820_0:72:1280:792_1920x0_80_0_0_b136ff17d91c7bfb3e0935c9c39e6fb9.jpg
BAKI, 22 noyabr — Sputnik. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin (BND) üç mühüm marşrutundan biri olan Qərb marşrutu Azərbaycan ərazisindən keçir və bu BND-nin inkişafı üçün ölkə öz ərazisində bir sıra infrastruktur layihələri həyata keçirir.Belə ki, Azərbaycanda 2019-cu ildən Ələt-Astara dəmir yolu hissəsinin müasirləşdirilməsi istiqamətində işlər aparılır. Dəyəri 1,19 milyard dollar olan layihənin 2027-ci ilə qədər tamamlanacağı gözlənilir. Onun çərçivəsində magistral yolun çəkilməsi və dəmir yolunun bütün hissəsinin elektrikləşdirilməsi işləri aparılır.Bundan əlavə, Azərbaycan Sumqayıt-Yalama dəmir yolunun uzunluğu 166 km olan hissəsini modernləşdirir. 200 milyon dollar dəyərində olan layihənin gələn il başa çatdırılması planlaşdırılır.Eyni zamanda, Azərbaycan 110 km uzunluğunda olan Horadiz-Ağbənd dəmir yolu hissəsini tikir. Tikinti başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsinin bərpa olunacağı gözlənilir. Layihənin icrasına əsasən Ermənistanın "Şimal-Cənub" BND üzrə dəmir yolu nəqliyyatı sisteminə inteqrasiya olunacağı proqnozlaşdırılır. Layihənin dəyəri 400 milyon dollar qiymətləndirilir, gözlənilən icra müddəti isə 2023-cü ildir.Qonşu ölkələrlə infrastrukturun yenidən qurulmasıİranla nəqliyyat infrastrukturunun bərpası çərçivəsində Azərbaycan həmçinin İranla sərhəddə yerləşən Astara dəmir yolu keçid məntəqəsini də modernləşdirir. Nəticədə dəmir yollarının sayının artırılması, yüklərin daşınması üçün meydançaların genişləndirilməsi, əlavə yükdaşıma avadanlığının quraşdırılması nəzərdə tutulur.Layihənin icrası 2025-2030-cu illər üçün nəzərdə tutulub, onun dəyəri təqribən 60 milyon dollar təşkil edəcək. Keçid məntəqəsinin keçid qabiliyyətinin artırılması Rəşt-Astara hissəsinin istismara verilməsindən sonra aktuallaşacaq və Azərbaycan-İran sərhədində konteynerlərin və digər yüklərin yenidən yüklənməsi müddətini azaldacaq.Bundan əlavə, "Samur" dəmir yolu keçid məntəqəsinin modernləşdirilməsi nəzərdə tutulur. Onun ötürücülüyünün artırılması Dağıstanda ona bitişik Dərbənd dəmir yolu keçid məntəqəsinin yenidən qurularaq sinxronlaşdırılmasına yönəlib.Dəyəri 75 milyon dollar olan layihə sayəsində malların Azərbaycan-Rusiya sərhədindən keçmə müddəti azalacaq. Onun həyata keçirilməsinə 2025-ci ildə başlanılması və 2030-cu ildə başa çatdırılması planlaşdırılır.Azərbaycan hökuməti "Şimal-Cənub" dəhlizi çərçivəsində həmçinin Rusiya ilə sərhədə qədər yol infrastrukturunun yaxşılaşdırılmasını da planlaşdırır. Belə ki, gələn il uzunluğu 150 km olan Bakı-Rusiya ilə sərhəd ödənişli sürətli avtomagistral hissələrinin tikintisi layihəsi başa çatdırılacaq. 706 milyon dollar dəyərində qiymətləndirilən layihə nəqliyyatın hərəkət ötürücülüyünü, sürətini və təhlükəsizliyini artıracaq, nəqliyyat dəhlizi üzrə yüklərin çatdırılma müddətini isə azaldacaq.Dəniz limanlarının ötürülmə qabiliyyətinin artırılmasıDəmir yolu və avtomobil yolu infrastrukturundan əlavə, Azərbaycan həmçinin dəniz limanlarının ötürülmə qabiliyyətinin imkanlarının artırılması istiqamətində də işlər aparır. Belə ki, gələn il Bakı (Ələt) yeni dəniz limanında tökmə və qalaq yüklər üçün terminalın tikintisinin başa çatması gözlənilir. Dəyəri 5 milyon dollar olan layihə gübrələrin daşınması üçün də istifadə oluna bilən terminalın inşasını nəzərdə tutur. Layihənin həyata keçirilməsi nəticəsində terminalın yükdaşıma qabiliyyəti ildə 3 milyon tona qədər təşkil edəcək. Bu, Xəzər dənizindəki limanlar arasında konteyner və multimodal daşımaların həcmini artıracaq.Bundan əlavə, 2025-ci ildə yeni körpülərin tikintisini və konteyner terminalının genişləndirilməsini nəzərdə tutan Bakının (Ələt) yeni dəniz limanının inşasının üçüncü mərhələsinin başa çatdırılması gözlənilir. 150 milyon dollar dəyərində olan layihə həyata keçirildikdən sonra limanın yük dövriyyəsi 21-25 milyon tona qədər artacaq."Şimal-Cənub" - Xəzər dənizinin mühüm nəqliyyat yolu"Şimal-Cənub" beynəlxalq nəqliyyat layihəsi Hindistan və İrandan Rusiyaya yüklərin fasiləsiz tədarükünü təmin etmək və yüklərin çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmaq üçün nəzərdə tutulub.Belə ki, çatdırılma müddətinin hazırkı marşrut üzrə altı həftə ilə müqayisədə təxminən üç həftə olacağı gözlənilir."Şimal-Cənub" dəhlizinin reallaşdırılmasının əsası 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası sazişlə qoyulub. Azərbaycan bu sənədə 2005-ci ildə qoşulub. Ümumilikdə, bu sazişi 13 ölkə (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna) ratifikasiya edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40692/28/406922820_0:0:1280:960_1920x0_80_0_0_2908e42b6d42e8392e55f23d1a91a3ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
şimal-cənub tranzit dəhlizi, xəzər
şimal-cənub tranzit dəhlizi, xəzər
Bakı "Şimal-Cənub" dəhlizi çərçivəsində hansı infrastruktur layihələrini həyata keçirir
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Hindistan və İrandan Rusiyaya yüklərin fasiləsiz daşınmasını təmin etmək və onların çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmaq üçün nəzərdə tutulub.
BAKI, 22 noyabr — Sputnik. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin (BND) üç mühüm marşrutundan biri olan Qərb marşrutu Azərbaycan ərazisindən keçir və bu BND-nin inkişafı üçün ölkə öz ərazisində bir sıra infrastruktur layihələri həyata keçirir.
Belə ki, Azərbaycanda 2019-cu ildən Ələt-Astara dəmir yolu hissəsinin müasirləşdirilməsi istiqamətində işlər aparılır. Dəyəri 1,19 milyard dollar olan layihənin 2027-ci ilə qədər tamamlanacağı gözlənilir. Onun çərçivəsində magistral yolun çəkilməsi və dəmir yolunun bütün hissəsinin elektrikləşdirilməsi işləri aparılır.
Bundan əlavə, Azərbaycan Sumqayıt-Yalama dəmir yolunun uzunluğu 166 km olan hissəsini modernləşdirir. 200 milyon dollar dəyərində olan layihənin gələn il başa çatdırılması planlaşdırılır.
Eyni zamanda, Azərbaycan 110 km uzunluğunda olan Horadiz-Ağbənd dəmir yolu hissəsini tikir. Tikinti başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsinin bərpa olunacağı gözlənilir. Layihənin icrasına əsasən Ermənistanın "Şimal-Cənub" BND üzrə dəmir yolu nəqliyyatı sisteminə inteqrasiya olunacağı proqnozlaşdırılır. Layihənin dəyəri 400 milyon dollar qiymətləndirilir, gözlənilən icra müddəti isə 2023-cü ildir.
Qonşu ölkələrlə infrastrukturun yenidən qurulması
İranla nəqliyyat infrastrukturunun bərpası çərçivəsində Azərbaycan həmçinin İranla sərhəddə yerləşən Astara dəmir yolu keçid məntəqəsini də modernləşdirir. Nəticədə dəmir yollarının sayının artırılması, yüklərin daşınması üçün meydançaların genişləndirilməsi, əlavə yükdaşıma avadanlığının quraşdırılması nəzərdə tutulur.
Layihənin icrası 2025-2030-cu illər üçün nəzərdə tutulub, onun dəyəri təqribən 60 milyon dollar təşkil edəcək. Keçid məntəqəsinin keçid qabiliyyətinin artırılması Rəşt-Astara hissəsinin istismara verilməsindən sonra aktuallaşacaq və Azərbaycan-İran sərhədində konteynerlərin və digər yüklərin yenidən yüklənməsi müddətini azaldacaq.
Bundan əlavə, "Samur" dəmir yolu keçid məntəqəsinin modernləşdirilməsi nəzərdə tutulur. Onun ötürücülüyünün artırılması Dağıstanda ona bitişik Dərbənd dəmir yolu keçid məntəqəsinin yenidən qurularaq sinxronlaşdırılmasına yönəlib.
Dəyəri 75 milyon dollar olan layihə sayəsində malların Azərbaycan-Rusiya sərhədindən keçmə müddəti azalacaq. Onun həyata keçirilməsinə 2025-ci ildə başlanılması və 2030-cu ildə başa çatdırılması planlaşdırılır.
Azərbaycan hökuməti "Şimal-Cənub" dəhlizi çərçivəsində həmçinin Rusiya ilə sərhədə qədər yol infrastrukturunun yaxşılaşdırılmasını da planlaşdırır. Belə ki, gələn il uzunluğu 150 km olan Bakı-Rusiya ilə sərhəd ödənişli sürətli avtomagistral hissələrinin tikintisi layihəsi başa çatdırılacaq. 706 milyon dollar dəyərində qiymətləndirilən layihə nəqliyyatın hərəkət ötürücülüyünü, sürətini və təhlükəsizliyini artıracaq, nəqliyyat dəhlizi üzrə yüklərin çatdırılma müddətini isə azaldacaq.
Dəniz limanlarının ötürülmə qabiliyyətinin artırılması
Dəmir yolu və avtomobil yolu infrastrukturundan əlavə, Azərbaycan həmçinin dəniz limanlarının ötürülmə qabiliyyətinin imkanlarının artırılması istiqamətində də işlər aparır. Belə ki, gələn il Bakı (Ələt) yeni dəniz limanında tökmə və qalaq yüklər üçün terminalın tikintisinin başa çatması gözlənilir. Dəyəri 5 milyon dollar olan layihə gübrələrin daşınması üçün də istifadə oluna bilən terminalın inşasını nəzərdə tutur. Layihənin həyata keçirilməsi nəticəsində terminalın yükdaşıma qabiliyyəti ildə 3 milyon tona qədər təşkil edəcək. Bu, Xəzər dənizindəki limanlar arasında konteyner və multimodal daşımaların həcmini artıracaq.
Bundan əlavə, 2025-ci ildə yeni körpülərin tikintisini və konteyner terminalının genişləndirilməsini nəzərdə tutan Bakının (Ələt) yeni dəniz limanının inşasının üçüncü mərhələsinin başa çatdırılması gözlənilir. 150 milyon dollar dəyərində olan layihə həyata keçirildikdən sonra limanın yük dövriyyəsi 21-25 milyon tona qədər artacaq.
"Şimal-Cənub" - Xəzər dənizinin mühüm nəqliyyat yolu
"Şimal-Cənub" beynəlxalq nəqliyyat layihəsi Hindistan və İrandan Rusiyaya yüklərin fasiləsiz tədarükünü təmin etmək və yüklərin çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmaq üçün nəzərdə tutulub.
Belə ki, çatdırılma müddətinin hazırkı marşrut üzrə altı həftə ilə müqayisədə təxminən üç həftə olacağı gözlənilir.
"Şimal-Cənub" dəhlizinin reallaşdırılmasının əsası 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası sazişlə qoyulub. Azərbaycan bu sənədə 2005-ci ildə qoşulub. Ümumilikdə, bu sazişi 13 ölkə (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna) ratifikasiya edib.