https://sputnik.az/20221122/azerbaycan-ve-ran-arasinda-soyuq-kulekler-dayanacaqmi-448798116.html
Azərbaycan və İran arasında soyuq küləklər dayanacaqmı?
Azərbaycan və İran arasında soyuq küləklər dayanacaqmı?
Sputnik Azərbaycan
Politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan öz ərazisinin üçüncü ölkələr tərəfindən İrana qarşı istifadəsinə şərait yaratmayıb. 22.11.2022, Sputnik Azərbaycan
2022-11-22T08:01+0400
2022-11-22T08:01+0400
2022-11-22T08:01+0400
azərbaycan
siyasət
iran
https://cdnn1.img.sputnik.az/img/41655/61/416556150_0:37:1000:600_1920x0_80_0_0_91bbaf18b566af3f5a10c8dc5621f9ee.jpg
BAKI, 22 noyabr — Sputnik. İran Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti deyib ki, Azərbaycan Respublikası hər hansı xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycan Respublikasının yanında olacaq.Son zamanlar iki ölkə arasında gərginliyin müşahidə olunduğu bir vaxtda İran tərəfindən verilən bu açıqlamanı Azərbaycan cavabsız qoymayıb.Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Əli Əkbər Vilayətinin xalqlarımızın ortaq tarixi, dini, mədəni irsə və adət-ənənələrə malik olması və bütövlükdə Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərini müsbət qiymətləndirir və təqdir edirik: "Azərbaycan Respublikası bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İran İslam Respublikası ilə əlaqələrin inkişafında maraqlı olub və bu gün də bu belədir".Azərbaycan və İran rəsmilərinin bu fikirləri iki ölkə arasında soyuq küləkləri isti münasibətlərlə əvəz edə biləcəkmi?Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sputnik Azərbaycan-la fikirlərini bölüşüb.Politoloq bildirib ki, Azərbaycan daima İranla münasibətlərin yaxşı olmasına çalışıb: "Azərbaycan öz ərazisinin üçüncü ölkələr tərəfindən İrana qarşı istifadəsinə şərait yaratmayıb. Azərbaycan Prezidenti İlham Əliyev İranla sərhəddə yerləşən işğaldan azad edilmiş ərazilərə səfər edərkən həmin əraziləri dostluq sərhədi adlandırmışdı. Buna baxmayaraq, 30 ildir ki, İran mediasında Azərbaycan əleyhinə kampaniya aparılır. Bu isə istənilən halda iki ölkə münasibətlərinin xarakterinə uyğun gəlmir".Tural İsmayılov qeyd edib ki, Azərbaycanın axtarışa verdiyi şəxslər İran ərazisindən Azərbaycanın dövlət quruluşuna qarşı çağırışlar edir: "Bununla belə, son günlər biz münasibətlərdə istiləşmə meyillərini görürük. Bu yaxşı haldır. Hesab edirəm ki, Azərbaycan tərəfindən irəli sürülən "3+3" formatı İranın özünün də əlavə iqtisadi manevrlərinin artmağına imkan verə bilər. Bu baxımdan iki ölkə arasında gərginlik aradan qalxmalıdır. Vəziyyətin bu həddə gəlib çatmağında İranın sərhədyanı ərazilərdə keçirdiyi hərbi təlimlər də öz təsirini göstərib. Bunlar İranın özü üçün problem yaradır. İran ictimai fikrində və KİV-ində Azərbaycan əleyhinə təbliğat dayandırılmalıdır".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41655/61/416556150_100:0:900:600_1920x0_80_0_0_ef9cb70422f0534783ff9844ea6e0b59.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, iran
Azərbaycan və İran arasında soyuq küləklər dayanacaqmı?
Politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan öz ərazisinin üçüncü ölkələr tərəfindən İrana qarşı istifadəsinə şərait yaratmayıb.
BAKI, 22 noyabr — Sputnik. İran Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti deyib ki, Azərbaycan Respublikası hər hansı xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycan Respublikasının yanında olacaq.
Son zamanlar iki ölkə arasında gərginliyin müşahidə olunduğu bir vaxtda İran tərəfindən verilən bu açıqlamanı Azərbaycan cavabsız qoymayıb.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Əli Əkbər Vilayətinin xalqlarımızın ortaq tarixi, dini, mədəni irsə və adət-ənənələrə malik olması və bütövlükdə Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərini müsbət qiymətləndirir və təqdir edirik: "Azərbaycan Respublikası bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İran İslam Respublikası ilə əlaqələrin inkişafında maraqlı olub və bu gün də bu belədir".
Azərbaycan və İran rəsmilərinin bu fikirləri iki ölkə arasında soyuq küləkləri isti münasibətlərlə əvəz edə biləcəkmi?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sputnik Azərbaycan-la fikirlərini bölüşüb.
Politoloq bildirib ki, Azərbaycan daima İranla münasibətlərin yaxşı olmasına çalışıb: "Azərbaycan öz ərazisinin üçüncü ölkələr tərəfindən İrana qarşı istifadəsinə şərait yaratmayıb. Azərbaycan Prezidenti İlham Əliyev İranla sərhəddə yerləşən işğaldan azad edilmiş ərazilərə səfər edərkən həmin əraziləri dostluq sərhədi adlandırmışdı. Buna baxmayaraq, 30 ildir ki, İran mediasında Azərbaycan əleyhinə kampaniya aparılır. Bu isə istənilən halda iki ölkə münasibətlərinin xarakterinə uyğun gəlmir".
Tural İsmayılov qeyd edib ki, Azərbaycanın axtarışa verdiyi şəxslər İran ərazisindən Azərbaycanın dövlət quruluşuna qarşı çağırışlar edir: "Bununla belə, son günlər biz münasibətlərdə istiləşmə meyillərini görürük. Bu yaxşı haldır. Hesab edirəm ki, Azərbaycan tərəfindən irəli sürülən "3+3" formatı İranın özünün də əlavə iqtisadi manevrlərinin artmağına imkan verə bilər. Bu baxımdan iki ölkə arasında gərginlik aradan qalxmalıdır. Vəziyyətin bu həddə gəlib çatmağında İranın sərhədyanı ərazilərdə keçirdiyi hərbi təlimlər də öz təsirini göstərib. Bunlar İranın özü üçün problem yaradır. İran ictimai fikrində və KİV-ində Azərbaycan əleyhinə təbliğat dayandırılmalıdır".