DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropalı treyderlər embarqo tətbiq olunana qədər Rusiya dizelini almağa tələsirlər

© AP Photo / Rogelio V. SolisYanacaqdoldurma məntəqəsində plastik qaba yanacağın doldurulması
Yanacaqdoldurma məntəqəsində plastik qaba yanacağın doldurulması - Sputnik Azərbaycan, 1920, 22.11.2022
Abunə olmaq
Noyabrın əvvəlində Avropanın iqtisadi effektiv alternativləri olmadığından Rusiyadan gələn dizel yanacağı Avropaya ümumi idxalın 44%-ni təşkil edib, oktyabrda bu göstərici 39%-ə bərabər olub.
BAKI, 21 noyabr — Sputnik. Avropalı treyderlər alternativ mənbələr məhdudlaşdığından fevralda Aİ tərəfindən embarqo tətbiq olunana qədər Rusiya dizel yanacağını almağa çalışırlar. Bu barədə "Reuters" agentliyi xəbər verir.
"Avropalı treyderlər alternativ mənbələr məhdudlaşdığından Aİ-nin fevralda qadağası tətbiq olunana qədər çənləri Rusiya dizel yanacağı ilə doldurmağa tələsirlər", - agentlik bildirib.
Belə ki, "Reuters"in istinad etdiyi "Refinitiv" gəmi izləmə xidmətinin məlumatına görə, noyabrın əvvəlində Avropanın iqtisadi effektiv alternativləri olmadığından Rusiyadan gələn dizel yanacağı Avropaya ümumi idxalın 44%-ni təşkil edib, oktyabrda bu göstərici 39%-ə bərabər olub.
Eyni zamanda, "Vortexa" analitik şirkətinin əməkdaşı Pamela Munger bildirib ki, noyabrın 1-dən 12-dək "Amsterdam-Rotterdam-Antverpen" (ARA) anbarı üçün nəzərdə tutulan Rusiya dizel yanacağının tədarük həcmi sutkada 215 min barelə yüksəlib ki, bu da oktyabr ayı ilə müqayisədə 126% çoxdur.
Qərb ölkələri Rusiyaya xüsusən də bu ölkənin enerji daşıyıcılarına qarşı sanksiyalar tətbiq etməyə başlayıblar. Belə ki, Avropa sanksiyalarının altıncı paketi Rusiyadan neft idxalına tədricən embarqonun tətbiqini nəzərdə tutur. Neft məhsullarına gəldikdə isə onlara qarşı embarqo fevralın 5-dən tam gücü ilə işə düşməlidir.
Xəbər lenti
0