Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ MDB ölkələrində daim münaqişələr yaratmağa çalışır - Narışkin

© Sputnik / Murad OrujovRusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin  - Sputnik Azərbaycan, 1920, 22.11.2022
Abunə olmaq
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbəri bildirib ki, bu cür dağıdıcı və təxribatçı fəaliyyətlərə misal olaraq onilliklər ərzində millətçilik və rusofobiyanın becərildiyi Ukraynadakı vəziyyəti göstərmək olar.
BAKI, 22 noyabr - Sputnik. Rusiyanın Xarici Kəşfiyyat Xidməti ABŞ və digər Qərb ölkələrinin MDB məkanında münaqişələri qızışdırmaq üçün ağrılı nöqtələr tapmaq cəhdlərini daim qeydə alır. Bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.

“Bu cür dağıdıcı və təxribatçı fəaliyyətlərə misal olaraq Ukraynadakı vəziyyəti göstərmək olar, burada millətçilik və rusofobiya onilliklər ərzində becərilir və bu, fəlakətli nəticələrə gətirib çıxarır”, - o, Düşənbəyə səfəri zamanı RİA Novosti-nin sualını cavablandırarkən deyib.

Narışkinin fikrincə, bu, “çiçəklənən Ukrayna”nın “diktator və korrupsioner dövlətə” çevrilməsinə səbəb olub.
“Hazırda bizim xüsusi xidmət orqanlarının ümumi vəzifəsi Qərb dövlətlərinin dövlətlərimizin ərazisindəki dağıdıcı hərəkətlərinə qarşı durmaqdır”, - deyə XKX rəhbəri əlavə etdi.
Xəbər lenti
0