DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya səfirliyindən Qazaxıstan seçkilərinə münasibət

© Sputnik / Илья ПиталевQazaxıstan seçkilər
Qazaxıstan seçkilər - Sputnik Azərbaycan, 1920, 21.11.2022
Abunə olmaq
Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev 81,31% səslə qalib gəlib.
BAKI, 21 noyabr — Sputnik. Rusiyanın Qazaxıstandakı səfirliyi Qazaxıstanda geridə qalan prezident seçkiləri kampaniyasını açıq və ədalətli kimi xarakterizə edib.
Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev 81,31% səslə qalib gəlib.
"20 noyabr 2022-ci ildə keçirilmiş Qazaxıstan Respublikası Prezidenti seçkiləri, eləcə də ondan əvvəlki seçki kampaniyası açıq, ədalətli və bütün namizədlər üçün bərabər şəraitdə keçirilmiş seçkiqabağı kampaniyanın seçki prosesinə yüksək səviyyədə hazırlığı nümayiş etdirdi. Seçki prosesi Qazaxıstan Respublikasının qanunvericiliyinə və beynəlxalq seçki standartlarına tam uyğundur", - səfirliyin bəyanatında deyilir.
Diplomatik nümayəndəlik "Qazaxıstan dostlarını uğurlu növbədənkənar prezident seçkiləri, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevi isə inamlı qələbə münasibətilə təbrik edib!"
"Rusiya səfirliyi bütün qazaxıstanlılara firavanlıq arzulayır və dövlətlərimizin və xalqlarımızın rifahı naminə Rusiya-Qazaxıstan müttəfiqlik münasibətlərinin və inteqrasiya əlaqələrinin bundan sonra da uğurlu və dinamik inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edir", - səfirliyin bəyanatında deyilir.
Xəbər lenti
0