CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən həftə aşkarlanmış minaların sayı açıqlandı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidQarabağda yol kənarında mina
Qarabağda yol kənarında mina - Sputnik Azərbaycan, 1920, 21.11.2022
Abunə olmaq
Noyabrın 14-dən 19-dək aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 23 mina və 345 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
BAKI, 21 noyabr — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 119 mina aşkarlayıb.
ANAMA-dan verilən məlumata görə, noyabrın 14-dən 19-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 23 mina və 345 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 358 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
10 noyabr 2020-ci ildən bu günədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 59 055 min hektar ərazi təmizlənib, 76 810 min mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün keçirilən "Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar" adlı beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bunlardan 13 211 mini tank əleyhinə mina, 26 899 mini piyada əleyhinə mina, 36 700 mini isə partlamamış hərbi sursatlar olub.
Xəbər lenti
0