Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın irimiqyaslı ticarət tərəfdaşları

Abunə olmaq
Cari ilin səkkiz ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin 37%-dən çoxu İtaliyanın, təxminən 11%-i Türkiyənin, 6,4%-i Rusiyanın payına düşüb. Azərbaycanın əsas ticarət tərəfdaşları haqqında ətraflı məlumatı Sputnik Azərbaycan infoqrafikasında oxuyun.
BAKI, 20 noyabr - Sputnik. 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Belə ki, Azərbaycan 121 ölkəyə məhsul ixrac edib, 164 ölkədən idxal edib.
Qeyd olunan dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsinin 37%-dən çoxu İtaliyanın, təxminən 11%-i Türkiyənin, 6,4%-i Rusiyanın payına düşüb.
Ölkəmizin əsas ticarət tərəfdaşları siyahısında daha sonrakı yerləri Hindistan, Çin, İsrail və Yunanıstan tutur.
Belə ki, Azərbaycan ixracının 49,4 faizi İtaliyaya, 9,2 faizi Türkiyəyə, 4,8 faizi Hindistana, 4,6 faizi isə İsrailə göndərilib.
Bundan başqa, Azərbaycan idxalının 18,6%-i Rusiya, 15,8%-i Türkiyə, 14,4%-i Çin, 4,4%-i Almaniyanın payına düşüb.
2022-ci ilin yanvar-sentyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 23 faizdən çox artaraq 2,538 milyard dollar təşkil edib. Azərbaycanın Rusiyadan idxalı 1,91 milyard dollar, Rusiyaya ixracı isə 627,5 milyon dollar təşkil edib.
Xəbər lenti
0