Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukraynanın Polşadakı raket əhvalatı NATO-nun uğursuzluğunu dünyaya bir daha sübut etdi

© AFP 2024 / GINTS IVUSKANSNATO bayrağı, arxiv şəkli
NATO bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.11.2022
Abunə olmaq
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, bu, alyansın "sonunun başlanğıcıdır".
BAKI, 19 noyabr — Sputnik. Ukraynanın Polşadakı raket əhvalatı Kiyevin köməyi ilə bir daha bütün dünyaya NATO-nun uğursuzluğunu sübut etdi. Bu, alyansın "sonunun başlanğıcıdır".
Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
"Kiyev rejimi NATO-nun uğursuzluğunu bütün dünyaya üç dəfə sübut edib. Birincisi, Rumıniya qırıcısının Qara dəniz üzərində raketlə vurulması idi. İkincisi, Sovet İttifaqı dövründə (təxminən, 50 il əvvəl) buraxılan köhnə bir pilotsuz təyyarənin üç NATO ölkəsi - Rumıniya, Macarıstan, Xorvatiya ərazisindən 120 kiloqram bomba ilə sərbəst uçduğu və Zaqrebdə partladığı zaman baş verib. Əgər Zelenskinin nüvə silahı olsaydı, nə baş verdiyini təsəvvür edin", – deyə Volodin özünün "Telegram" kanalında yazıb.
Üçüncüsü, onun fikrincə, "bircə dənə də olsun tankı aşkar edə bilməyən Ukrayna raketinin (görünür, hamısı Ukrayna ərazisindədir) Polşanı vurarkən, rastına gələn ilk traktoru məhv etməsi" idi.
"Tamamilə aydındır: bu, NATO-nun sonunun başlanğıcıdır. Ən maraqlısı odur ki, NATO silahları ilə qidalanan Kiyev rejimi onun qəbirqazanı oldu", - deyə Volodin vurğulayıb.
Noyabrın 15-də axşam saatlarında Ukrayna ilə sərhədə yaxın Polşa ərazisinə raketlərin düşməsi nəticəsində iki nəfər həlak olub. Varşava əvvəlcə raketlərin Rusiya istehsalı olduğunu və ölkənin NATO Şurasını çağırdığını söyləyib. Lakin çərşənbə günü Polşa Prezidenti Anjey Duda raketlərin Ukraynaya məxsus olması ehtimalını yüksək qiymətləndirib.
Rusiya Müdafiə Nazirliyinin çərşənbə axşamı verdiyi məlumata görə, həmin gün Ukrayna-Polşa sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirilməyib. Bəzi dağıntıların dərc olunmuş fotoşəkillərinin isə Rusiyanın məhvetmə vasitələri ilə heç bir əlaqəsi yoxdur.
Nazirlik qeyd edib ki, Polşa KİV-lərinin guya Rusiya raketlərinin düşməsi ilə bağlı bütün bəyanatları eskalasiya məqsədilə edilmiş məqsədyönlü təxribatdır. Çərşənbə günü Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, Polşada yayımlanan hadisə yerindən çəkilmiş fotoşəkillər Ukraynanın S-300 hava hücumundan müdafiə sistemindən olan raket fraqmentlərinin oraya düşdüyünü açıq şəkildə göstərir.
Çərşənbə günü Volodimir Zelenski, Kiyevin, ərazisinə iki raketin düşdüyü və iki nəfərin öldüyü Polşadakı hadisəyə qarışmamasına şübhə etmədiyini söyləyib. Artıq cümə axşamı Zelenski baş verənlərdən 100% əmin olmadığını bildirib.
Xəbər lenti
0