CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda avtobus istifadəçilərinin sayı artıb

© Photo : Baku Transport AgencyBakıda avtobus dayanacağı, arxiv şəkli
Bakıda avtobus dayanacağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.11.2022
Abunə olmaq
Azərbaycanda avtobus istifadəçilərinin sayı 30%-dən çox artıb. Belə ki, yanvar-oktyabr aylarında Azərbaycanda avtobuslarla 1 076 552,3 min sərnişin daşınıb.
BAKI, 19 noyabr — Sputnik. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtobuslarla 1 076 552,3 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 30,2% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə minik taksilərindən 68 467,3 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 7,7% azdır.
Xatırladaq ki, ötən il Azərbaycanda avtobuslarla 1 032 999,8 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 2,1% azdır. Hesabat dövründə, minik taksilərindən 86 944 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 93,5% çoxdur.
Xəbər lenti
0