Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİ-nin Rusiya ilə münasibətlərə yenidən baxması ilə bağlı heç bir illüziyamız yoxdur - XİN

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi M.Zaxarovanın brifinqi
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi M.Zaxarovanın brifinqi - Sputnik Azərbaycan, 1920, 19.11.2022
Abunə olmaq
Mariya Zaxarova hesab edir ki, Borrelin Aİ ölkələrinə ilham verdiyi ideyalar yalnız Avropada yeni parçalanmanın möhkəmlənməsinə səbəb olur.
BAKI, 19 noyabr - Sputnik. Moskva Avropa ittifaqı (Aİ) daxilində Rusiya ilə münasibətlərə dair müzakirələrdən xəbərdardır, lakin Aİ-nin Rusiya ilə münasibətlərinə uzunmüddətli yanaşmaların yenidən nəzərdən keçirilməsi ilə bağlı heç bir illüziyası yoxdur. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ-nin Rusiya istiqamətində siyasətinin əsaslarını, xüsusən də Aİ-nin Avropa diplomatiyasının rəhbəri Xosep Borrelin “altı bəndini” yenidən nəzərdən keçirmək planlarına dair şərhində bildirib.

“Biz Aİ daxilində Rusiya ilə münasibətlərə dair müzakirələrdən xəbərdarıq ki, bu da ölkəmizlə qarşılıqlı fəaliyyətə uzunmüddətli yanaşmaları yenidən nəzərdən keçirmək cəhdini əks etdirir. Görünür, nəticələrdən danışmaq tezdir, müzakirələr davam edir. Bizim illüziyamız yoxdur”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin saytında Zaxarovanın sözləri sitat gətirilib.

Onun sözlərinə görə, Borrelin Aİ ölkələrinə təlqin etdiyi ideyalar Avropa İttifaqının Rusiya istiqamətində strateji baxışına dair bir işarə belə ehtiva etmir, sadəcə olaraq Avropada yeni parçalanmanın möhkəmlənməsinə səbəb olur, onlarda yığılıb qalmış problemlərin həlli üçün heç bir resept təklif olunmur.

“Sanki Rusiya və ya Avropa İttifaqı coğrafi və sivil qonşular kimi bir-birindən harasa uzaqlaşa bilər”, - deyə Zaxarova əlavə edib.

Aİ diplomatiyasının rəhbəri Cosef Borrell bazar ertəsi xarici işlər nazirləri ilə görüşdə Ukrayna böhranı fonunda Avropa İttifaqının Rusiya ilə münasibətlərə ümumi yanaşması üçün altı bənddən ibarət təkliflər səsləndirib və guya ki, həmin təkliflər iclas iştirakçıları tərəfindən təqdir olunub.
Borrelin fikrincə, birinci təklif Rusiyanı təcrid etmək üçün birgə səyləri nəzərdə tutur.
Ümumavropa yanaşması həmçinin qlobal böhranın nəticələrinin aradan qaldırılmasında Aİ-nin qonşularına qurumun Ukraynaya göstərdiyi yardım kimi, kəməyini nəzərdə tutur.
Xəbər lenti
0