Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yekaterina Obraztsova Bakı tamaşaçıları ilə görüşəcək

© Photo : Театр кукол имени С. В. ОбразцоваYekaterina Obraztsova
Yekaterina Obraztsova - Sputnik Azərbaycan, 1920, 18.11.2022
Abunə olmaq
Sergey Obraztsov adına Kukla Teatrı (dünyanın ən böyük kukla teatrı) Bakıda qastrol səfəri çərçivəsində özünün əfsanəvi "Qeyri-adi konsert", "Çəkməli pişik" və "Ələddinin sehrli çırağı" tamaşalarını nümayiş etdirəcək.
BAKI, 18 noyabr — Sputnik. Sergey Obraztsov adına Kukla Teatrı Bakıda qastrol səfəri çərçivəsində "Qeyri-adi konsert", "Çəkməli pişik" və "Ələddinin sehrli çırağı" tamaşalarını nümayiş etdirəcək.
Noyabrın 25, 26 və 27-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Sergey Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrı məşhur tamaşalarını nümayiş etdirəcək.
"Rusdrama"nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qastrol səfəri çərçivəsində noyabrın 25-də məşhur aktyor və kukla teatrı rejissoru Sergey Obraztsovun nəvəsi - quruluşçu rejissor, Rusiyanın əməkdar artisti Yekaterina Obraztsovanın Bakı tamaşaçısı ilə ustad dərsi və görüşü təşkil olunacaq.
Həmçinin, teatrın truppasının üzvü, bakılı - Rusiya Federasiyasının əməkdar artisti Adil Məmmədovla da yaradıcılıq görüşü olacaq. Görüşdə "Obraztsov məşq edir" filmi nümayiş etdiriləcək. Məmmədov teatr haqqında və Sergey Obraztsovla işindən danışacaq.
Tədbirlər Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrında keçiriləcək.
Xatırladaq ki, Sergey Obraztsov adına Kukla Teatrı (dünyanın ən böyük kukla teatrı) Bakıda qastrol səfəri çərçivəsində özünün əfsanəvi "Qeyri-adi konsert", "Çəkməli pişik" və "Ələddinin sehrli çırağı" tamaşalarını nümayiş etdirəcək.
Xəbər lenti
0