SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev və Rusiya Baş nazirinin geniş tərkibdə görüşü keçirilir

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyevin Rusiya Hökumətinin sədri ilə geniş tərkibdə görüşü başlayıb
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Hökumətinin sədri ilə geniş tərkibdə görüşü başlayıb - Sputnik Azərbaycan, 1920, 18.11.2022
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü başlayıb.
BAKI, 18 noyabr — Sputnik. Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü başlayıb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Xatırladaq ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin noyabrın 17-də Azərbaycana səfərə gəlib.
Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.
Eyni zamanda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Bakıda görüşü olub.
Tərəflər bu fikirlə razılaşıblar ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi prioritet əhəmiyyət kəsb edir. Bu dəhlizin inkişaf etdirilməsi məqsədilə iki ölkənin əlaqələndirilmiş şəkildə fəaliyyətindən məmnunluq ifadə olunub.
Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra regionda yaranmış yeni əməkdaşlıq imkanlarının əhəmiyyəti xüsusi qeyd edilib, o cümlədən Zəngəzur dəhlizinin vacibliyi vurğulanıb.
Xəbər lenti
0