https://sputnik.az/20221118/pasinyanin-cesareti-ermenistan-bas-naziri-niye-gunde-bir-fikre-dusur-448678352.html
Paşinyanın "cəsarəti": Ermənistan baş naziri niyə gündə bir fikrə düşür?
Paşinyanın "cəsarəti": Ermənistan baş naziri niyə gündə bir fikrə düşür?
Sputnik Azərbaycan
Millət vəkili xatırladıb ki, təxminən üç-dörd gün əvvəl Ermənistan baş naziri Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu təkrarlamışdı. 18.11.2022, Sputnik Azərbaycan
2022-11-18T10:19+0400
2022-11-18T10:19+0400
2022-11-18T10:19+0400
ermənistanın baş naziri nikol paşinyan
siyasət
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435955_0:80:2594:1539_1920x0_80_0_0_af18790f06e5cb07ebee2322b918561c.jpg
BAKI, 18 noyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatındakı çıxışında bildirib ki, sərhədin delimitasiyası prosesi bir neçə il çəkə bilər və bu səbəbdən Ermənistan sülh müqaviləsi əvəzinə Azərbaycanla çərçivə sazişi imzalamağı düşünür.Ermənistan Baş nazirinin bu açıqlaması əvvəlki açıqlamalarından fərqlənir. Çünki Paşinyan bir müddət əvvəl bildirmişdi ki, ölkəsi Azərbaycanla ilin sonuna qədər sülh müqaviləsi imzalamağa hazırlaşır. Görünən odur ki, Ermənistan tərəfi indi fərqli fikrə düşüb. Bəs bu açıqlamanın arxasında nə dayanır?Sputnik Azərbaycan mövzu ilə bağlı millət vəkili və politoloq Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib.Millət vəkili bildirib ki, bu açıqlama Ermənistan hökumət rəhbərinin qeyri-ciddi şəxs olduğunu göstərir: "Biz dəfələrlə şahid olmuşuq ki, Nikol Paşinyan öz mövqeyində kəskin transformasiyalara gedib. Bu baxımdan görünür ki, Paşinyan yekun sülh sazişinin bağlanmasından yayınmağa çalışır. Ermənistan onsuz da hər vəchlə yekun sazişi bağlamaqdan yayınırdı. Paşinyan Vətən Müharibəsindəki ağır məğlubiyyətindən sonra kənarda dəstəkçi axtarışına çıxıb"."Düşünürəm ki, Praqa görüşü zamanı Paşinyan belə bir dəstək qazana bildi. Bu da Avropa İttifaqının monitorinq missiyasının Ermənistana göndərilməsidir. Bunun ardınca isə ATƏT-in missiyasının Ermənistana göndərilməsi məsələsi gündəmə gəldi. Düşünürəm ki, bütün bunlar Paşinyanı cəsarətləndirib. Çünki buna qədər Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu, status məsələsini qabartmadığını bildirirdi" –deyə millət vəkili qeyd edib.Millət vəkili xatırladıb ki, təxminən üç-dörd gün əvvəl Ermənistan Baş naziri Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu təkrarlamışdı: "Bundan bir qədər sonra Fransa Senatında Azərbaycana qarşı qətnamə qəbul edildi. Görünür bu qətnamə də Paşinyanın cəsarətlənməsinə təsir edibdir. Ermənistan kənardan aldığı dəstəklə yekun sülh sazişini imzalamaqdan yayınmaqdadır. Amma düşünürəm ki, bu Azərbaycanı narahat etməməlidir"."Otuz il ərzində onsuz da Ermənistan belə davranıb. Bu gün Ermənistana hansı səviyyədə və xarakterdə dəstəyin göstərilməsindən asılı olmayaraq Azərbaycan öz hədəflərinə çatacaq. Ermənistan yenə də özünü destruktiv şəkildə aparacaqsa, Azərbaycanın atacağı addımların nədən ibarət olacağı həm Ermənistana, həm də onun havadarlarına yaxşı məlumdur", – millət vəkili vurğulayıb.Politoloq Elşən Manafov bildirir ki, müharibəni sonlandıran üçtərəfli bəyannamənin imzalanmasından sonra beynəlxalq güclərin Ermənistana artan xətlə dəstək verməsi görünür: "Bu günlərdə Fransa Senatının qəbul etdiyi qətnamədə başa çatmış "Dağlıq Qarabağ" münaqişəsi barədə mövqe və bəlli Avropa dövlətləri tərəfindən göstərilən dəstək Ermənistana üçtərəfli bəyannamənin müddəalarının yerinə yetirilməsi ilə bağlı manevr etməyə imkan verir".Politoloqun sözlərinə görə, Ermənistan isteblişmenti hesab edir ki, zaman onların xeyrinə işləyir: "Ermənistanda düşünürlər ki, Ukrayna böhranının uzanması Rusiyanın bölgədə təsir imkanlarının zəifləməsinə gətirib çıxaracaq. Paşinyan iqtidarı hakimiyyətə gəldiyi gündən anti-Rusiya mövqeyi ilə seçilir. Paşinyan hələ müxalifətdə olarkən ölkəsini Rusiyanın təşəbbüsü ilə yaradılmış təşkilatlardan çıxaracağı ilə bağlı bəyanatlar verirdi. Görünən odur ki, Rusiyanın ciddi təsir imkanlarının qalması ona bu addımları atmağa imkan vermir".O həmçinin qeyd edib ki, beynəlxalq valyuta fondlarının vəd etdiyi milyardlar da bu ölkəyə yatırılmayıb: "Həmin fondlar Paşinyanın hakimiyyətdən getməsi ilə bu vəsaitlərin itirələcəyindən ehtiyat edirlər. Nəticə etibarilə Ermənistana edilən tövsiyə mövcud status-kvonu qorumaqdan ibarətdir. Beynəlxalq güclər tərəfindən edilən dəstək Ermənistanı üçtərəfli bəyannamənin müddəalarını yerinə yetirməkdən boyun qaçırmağa sövq edir. Həm də nəzərə almaq lazımdır ki, Paşinyanın bəyanatları daha çox daxili auditoriya üçün hesablanır"."Paşinyan radikal erməni müxalifətinin ölkədəki ictimai-siyasi ab-havaya təsir etməsinin fərqindədir. Ona görə də bu bəyanatlar onun daxili auditoriyaya hesablanmış konyuktur maraqlarından irəli gələ bilər. Həm daxili siyasi gərginliklər, həm xarici təsirlər, Rusiya ilə bağlı Qərbin Paşinyana olan tövsiyələri hələki Ermənistana manevrlər etməyə kömək edir. Bölgənin şiə-müsəlman dövləti olan İranın da sərgilədiyi mövqe Ermənistanı qane edir", – deyə politoloq vurğulayıb.Politoloq deyir ki, Moskva və Soçi görüşlərində tərəflər bir-birinə hərbi güc tətbiq etməyəcəkləri ilə bağlı öhdəliklər götürmüşdülər: "Yəqin ki, Ermənistanda belə qənaətə gəliblər ki, Azərbaycanın güc tətbiq etməməsi öhdəliyini yerinə yetirməsi onların maraqlarına cavab verir. Amma bu heç də belə deyil. Beynəlxalq hüququn norma və prinsipləri var. Azərbaycan bunların əsasında öhdəliklərin icrasını təmin edə bilər. Ermənistanda gərək bunu nəzərə alsınlar".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435955_0:0:2157:1618_1920x0_80_0_0_3eff6c2b413887175db86bea3086765a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
Paşinyanın "cəsarəti": Ermənistan baş naziri niyə gündə bir fikrə düşür?
Millət vəkili xatırladıb ki, təxminən üç-dörd gün əvvəl Ermənistan baş naziri Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu təkrarlamışdı.
BAKI, 18 noyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatındakı çıxışında bildirib ki, sərhədin delimitasiyası prosesi bir neçə il çəkə bilər və bu səbəbdən Ermənistan sülh müqaviləsi əvəzinə Azərbaycanla çərçivə sazişi imzalamağı düşünür.
Ermənistan Baş nazirinin bu açıqlaması əvvəlki açıqlamalarından fərqlənir. Çünki Paşinyan bir müddət əvvəl bildirmişdi ki, ölkəsi Azərbaycanla ilin sonuna qədər sülh müqaviləsi imzalamağa hazırlaşır. Görünən odur ki, Ermənistan tərəfi indi fərqli fikrə düşüb. Bəs bu açıqlamanın arxasında nə dayanır?
Sputnik Azərbaycan mövzu ilə bağlı millət vəkili və politoloq Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib.
Millət vəkili bildirib ki, bu açıqlama Ermənistan hökumət rəhbərinin qeyri-ciddi şəxs olduğunu göstərir: "Biz dəfələrlə şahid olmuşuq ki, Nikol Paşinyan öz mövqeyində kəskin transformasiyalara gedib. Bu baxımdan görünür ki, Paşinyan yekun sülh sazişinin bağlanmasından yayınmağa çalışır. Ermənistan onsuz da hər vəchlə yekun sazişi bağlamaqdan yayınırdı. Paşinyan Vətən Müharibəsindəki ağır məğlubiyyətindən sonra kənarda dəstəkçi axtarışına çıxıb".
"Düşünürəm ki, Praqa görüşü zamanı Paşinyan belə bir dəstək qazana bildi. Bu da Avropa İttifaqının monitorinq missiyasının Ermənistana göndərilməsidir. Bunun ardınca isə ATƏT-in missiyasının Ermənistana göndərilməsi məsələsi gündəmə gəldi. Düşünürəm ki, bütün bunlar Paşinyanı cəsarətləndirib. Çünki buna qədər Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu, status məsələsini qabartmadığını bildirirdi" –deyə millət vəkili qeyd edib.
Millət vəkili xatırladıb ki, təxminən üç-dörd gün əvvəl Ermənistan Baş naziri Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu təkrarlamışdı: "Bundan bir qədər sonra Fransa Senatında Azərbaycana qarşı qətnamə qəbul edildi. Görünür bu qətnamə də Paşinyanın cəsarətlənməsinə təsir edibdir. Ermənistan kənardan aldığı dəstəklə yekun sülh sazişini imzalamaqdan yayınmaqdadır. Amma düşünürəm ki, bu Azərbaycanı narahat etməməlidir".
"Otuz il ərzində onsuz da Ermənistan belə davranıb. Bu gün Ermənistana hansı səviyyədə və xarakterdə dəstəyin göstərilməsindən asılı olmayaraq Azərbaycan öz hədəflərinə çatacaq. Ermənistan yenə də özünü destruktiv şəkildə aparacaqsa, Azərbaycanın atacağı addımların nədən ibarət olacağı həm Ermənistana, həm də onun havadarlarına yaxşı məlumdur", – millət vəkili vurğulayıb.
Politoloq Elşən Manafov bildirir ki, müharibəni sonlandıran üçtərəfli bəyannamənin imzalanmasından sonra beynəlxalq güclərin Ermənistana artan xətlə dəstək verməsi görünür: "Bu günlərdə Fransa Senatının qəbul etdiyi qətnamədə başa çatmış "Dağlıq Qarabağ" münaqişəsi barədə mövqe və bəlli Avropa dövlətləri tərəfindən göstərilən dəstək Ermənistana üçtərəfli bəyannamənin müddəalarının yerinə yetirilməsi ilə bağlı manevr etməyə imkan verir".
Politoloqun sözlərinə görə, Ermənistan isteblişmenti hesab edir ki, zaman onların xeyrinə işləyir: "Ermənistanda düşünürlər ki, Ukrayna böhranının uzanması Rusiyanın bölgədə təsir imkanlarının zəifləməsinə gətirib çıxaracaq. Paşinyan iqtidarı hakimiyyətə gəldiyi gündən anti-Rusiya mövqeyi ilə seçilir. Paşinyan hələ müxalifətdə olarkən ölkəsini Rusiyanın təşəbbüsü ilə yaradılmış təşkilatlardan çıxaracağı ilə bağlı bəyanatlar verirdi. Görünən odur ki, Rusiyanın ciddi təsir imkanlarının qalması ona bu addımları atmağa imkan vermir".
O həmçinin qeyd edib ki, beynəlxalq valyuta fondlarının vəd etdiyi milyardlar da bu ölkəyə yatırılmayıb: "Həmin fondlar Paşinyanın hakimiyyətdən getməsi ilə bu vəsaitlərin itirələcəyindən ehtiyat edirlər. Nəticə etibarilə Ermənistana edilən tövsiyə mövcud status-kvonu qorumaqdan ibarətdir. Beynəlxalq güclər tərəfindən edilən dəstək Ermənistanı üçtərəfli bəyannamənin müddəalarını yerinə yetirməkdən boyun qaçırmağa sövq edir. Həm də nəzərə almaq lazımdır ki, Paşinyanın bəyanatları daha çox daxili auditoriya üçün hesablanır".
"Paşinyan radikal erməni müxalifətinin ölkədəki ictimai-siyasi ab-havaya təsir etməsinin fərqindədir. Ona görə də bu bəyanatlar onun daxili auditoriyaya hesablanmış konyuktur maraqlarından irəli gələ bilər. Həm daxili siyasi gərginliklər, həm xarici təsirlər, Rusiya ilə bağlı Qərbin Paşinyana olan tövsiyələri hələki Ermənistana manevrlər etməyə kömək edir. Bölgənin şiə-müsəlman dövləti olan İranın da sərgilədiyi mövqe Ermənistanı qane edir", – deyə politoloq vurğulayıb.
Politoloq deyir ki, Moskva və Soçi görüşlərində tərəflər bir-birinə hərbi güc tətbiq etməyəcəkləri ilə bağlı öhdəliklər götürmüşdülər: "Yəqin ki, Ermənistanda belə qənaətə gəliblər ki, Azərbaycanın güc tətbiq etməməsi öhdəliyini yerinə yetirməsi onların maraqlarına cavab verir. Amma bu heç də belə deyil. Beynəlxalq hüququn norma və prinsipləri var. Azərbaycan bunların əsasında öhdəliklərin icrasını təmin edə bilər. Ermənistanda gərək bunu nəzərə alsınlar".