SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 18.11.2022
Abunə olmaq
Azərbaycan-Kamboca, Azərbaycan-Sinqapur, Azərbaycan-Tunis və Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılıb.
BAKI, 18 noyabr - Sputnik. Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb.
Azərbaycan-Kamboca, Azərbaycan-Sinqapur, Azərbaycan-Tunis və Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılıb.
Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Ramin Məmmədov, Azərbaycan-Sinqapur parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Məşhur Məmmədov, Azərbaycan-Tunis parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Ziyafət Əsgərov, Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna isə Zahid Oruc rəhbər seçilib.
Qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 15 noyabr tarixli onlayn iclasında müzakirə olunub və parlamentin plenar iclasına tövsiyə edilib.
Xəbər lenti
0