Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Belousov qlobal tənəzzülün Rusiyaya təsirini açıqlayıb

© Sputnik / Павел Бедняков / Mediabanka keçidRusiya Baş nazirinin birinci müavini Andrey Belousov
Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov  - Sputnik Azərbaycan, 1920, 18.11.2022
Abunə olmaq
Noyabrın əvvəlində Rusiya Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, son aylarda qlobal iqtisadiyyatda vəziyyət və risklər balansı daha "sərt" ssenariyə doğru dəyişib.
BAKI, 18 noyabr — Sputnik. Qlobal tənəzzülün Rusiyanın xarici ticarətinə təsiri sanksiyalara görə minimal olacaq. Bunu Rusiya nümayəndə heyətinin rəhbəri, baş nazirin birinci müavini Andrey Belousov Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində jurnalistlərə bildirib.
"Qlobal tənəzzülün xarici ticarətə təsirinə gəlincə, indi vəziyyəti bilirsiniz, bizim xarici ticarətimiz azalıb – orada məhdudiyyətlər indi əsasən logistik xarakter daşıyır, hesablaşmalarla bağlı məhdudiyyətlərin az da olsa, təsiri olacaq", - Belousov qlobal tənəzzülün riskləri və Rusiya ticarətinə təsirləri barədə suala cavab verərkən deyib.
Noyabrın əvvəlində Rusiya Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, son aylarda qlobal iqtisadiyyatda vəziyyət və risklər balansı daha "sərt" ssenariyə doğru dəyişib. Onun fikrincə, Rusiya üçün belə bir ssenarinin həyata keçirilməsi həm də əsas ixrac mallarına tələbin azalması demək olacaq, onda ÜDM daha güclü azalacaq və inflyasiya daha yüksək olacaq.
Düzdür, daha sonra Mərkəzi Bankın rəhbəri qeyd edib ki, dünya tənzimləyiciləri faiz dərəcələrini qaldırsalar, iqtisadi artımı məhdudlaşdırsalar da, qlobal iqtisadiyyatda genişmiqyaslı maliyyə böhranının qarşısını almaq olar.
Sentyabrda Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov özünün "Twitter" səhifəsində Qərb ölkələrinin Rusiyaya qarşı 11 min sanksiya tətbiq etdiyini bildirmişdi.
Xəbər lenti
0