https://sputnik.az/20221117/ermeni-silahlilari-agdam-ve-xocali-erazisinde-doyus-movqelerini-mohkemlendirir---mn-448683449.html
Erməni silahlıları Ağdam və Xocalı ərazisində döyüş mövqelərini möhkəmləndirir - MN
Erməni silahlıları Ağdam və Xocalı ərazisində döyüş mövqelərini möhkəmləndirir - MN
Sputnik Azərbaycan
Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb. 17.11.2022, Sputnik Azərbaycan
2022-11-17T19:25+0400
2022-11-17T19:25+0400
2022-11-17T19:26+0400
hərbi
müdafiə nazirliyi
ermənistan
ağdam
xocalı
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427839268_0:25:1001:588_1920x0_80_0_0_3dfdcd4474439311b348f53c8d1c72e8.jpg
BAKI, 17 noyabr - Sputnik. Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib.Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.Nazirlik bildirib ki, bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır."Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb", - deyə məlumatda bildirilir.Müdafiə Nazirliyi həmçinin bildirib ki, noyabrın 17-si saat 11:00-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, - MN-in məlumatında deyilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427839268_0:0:973:730_1920x0_80_0_0_8f7f455249729904ea15589c71bb7708.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, ermənistan, ağdam, xocalı
müdafiə nazirliyi, ermənistan, ağdam, xocalı
Erməni silahlıları Ağdam və Xocalı ərazisində döyüş mövqelərini möhkəmləndirir - MN
19:25 17.11.2022 (Yenilənib: 19:26 17.11.2022) Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb.
BAKI, 17 noyabr - Sputnik. Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır.
"Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb", - deyə məlumatda bildirilir.
Müdafiə Nazirliyi həmçinin bildirib ki, noyabrın 17-si saat 11:00-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.
“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, - MN-in məlumatında deyilir.