https://sputnik.az/20221116/rusiya-mn-polsaya-dusen-rusiya-raketleri-ile-bagli-beyanatlar-texribatdir-448619145.html
Rusiya MN: Polşaya düşən "Rusiya raketləri" ilə bağlı bəyanatlar təxribatdır
Rusiya MN: Polşaya düşən "Rusiya raketləri" ilə bağlı bəyanatlar təxribatdır
Sputnik Azərbaycan
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukrayna hərbi administrasiyasının obyektlərinə endirdiyi bütün zərbələr Ukrayna-Polşa sərhədindən 35 km-dən çox... 16.11.2022, Sputnik Azərbaycan
2022-11-16T14:45+0400
2022-11-16T14:45+0400
2022-11-16T14:45+0400
rusiya
rusiya müdafiə nazirliyi
polşa
raket
https://cdnn1.img.sputnik.az/img/41458/07/414580703_0:0:3073:1728_1920x0_80_0_0_b0c69358964b8c8f6d35c19e57fa03c9.jpg
BAKI, 16 noyabr — Sputnik. Ukrayna mənbələri və xarici rəsmilərin Polşanın Pşevoduv kəndinə düşdüyü iddia edilən "Rusiya raketləri" ilə bağlı bəyanatları vəziyyəti gərginləşdirməyə yönəlmiş qəsdən təxribatdır. Bunu Rusiya Müdafiə Nazirliyi bildirib.Qeyd olunur ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukrayna hərbi administrasiyasının obyektlərinə endirdiyi bütün zərbələr Ukrayna-Polşa sərhədindən 35 km-dən çox olmayan məsafədə endirilib."Vurğulamaq istərdik ki, yüksək dəqiqlikli zərbələr yalnız Ukrayna ərazisində və Ukrayna-Polşa sərhədindən 35 kilometrdən çox olmayan məsafədə olan hədəflərə endirilib", - nazirlik bildirib.Rusiya Federasiyasının Müdafiə Nazirliyi vurğulayıb ki, Polşada Pşevoduvdakı insident yerindən dərc edilmiş fotoşəkillər birmənalı şəkildə Ukraynanın S-300 hava hücumundan müdafiə sisteminin raketinin hissələrinin oraya düşdüyünü göstərir."Noyabrın 15-də axşam saatlarında Polşada dərc edilmiş və Pşevoduv qəsəbəsində tapılan təyyarənin qalıqlarının fotoşəkilləri Rusiya hərbi sənaye kompleksinin mütəxəssisləri tərəfindən birmənalı olaraq Ukrayna Hərbi Hava Qüvvələrinin müdafiə sisteminin S-300 zenit-raket kompleksinin elementləri kimi müəyyən edilib", - Müdafiə Nazirliyinin bəyanatında deyilir.Məlumata görə, Rusiya raketlərinin hücumu zamanı Kiyevə bir zərbə də endirilməyib."Biz onu da vurğulamaq istəyirik ki, noyabrın 15-də yüksək dəqiqlikli silahlardan Ukrayna ərazisindəki obyektlərə kütləvi zərbə endirilməsi zamanı Kiyev şəhərindəki obyektlərə bir dənə də olsun raket hücumu həyata keçirilməyib. Kiyev rejiminin Ukrayna paytaxtının yaşayış məntəqələrində nümayiş etdirdiyi bütün dağıntılar Ukrayna qoşunlarının şəhər daxilində yerləşən Ukrayna və xarici hava hücumundan müdafiə sistemlərindən atdığı zenit-raket komplekslərinin düşməsi və özünü məhv etməsinin birbaşa nəticəsidir", - Rusiya Hərbi Departamentinin bəyanatında deyilir.Rusiya Müdafiə Nazirliyi bildirib ki, çərşənbə axşamı Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi komandanlıq və idarəetmə sisteminə və əlaqədar enerji obyektlərinə raket zərbələri endirib."Noyabrın 15-də Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi komandanlıq və idarəetmə sisteminə və əlaqədar enerji obyektlərinə uzaqmənzilli hava və dənizdən yüksək dəqiqlikli silahlarla irimiqyaslı zərbə endirib. Zərbənin məqsədinə nail olub" - bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Onlar vurğulayıblar ki, atılan bütün raketlər dəqiq olaraq təyin olunmuş hədəflərə dəyib, bütün obyektlər vurulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41458/07/414580703_149:0:2880:2048_1920x0_80_0_0_288e61be48dd07715da7b8ee92e6004b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya müdafiə nazirliyi, polşa, raket
rusiya müdafiə nazirliyi, polşa, raket
Rusiya MN: Polşaya düşən "Rusiya raketləri" ilə bağlı bəyanatlar təxribatdır
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukrayna hərbi administrasiyasının obyektlərinə endirdiyi bütün zərbələr Ukrayna-Polşa sərhədindən 35 km-dən çox olmayan məsafədə endirilib.
BAKI, 16 noyabr — Sputnik. Ukrayna mənbələri və xarici rəsmilərin Polşanın Pşevoduv kəndinə düşdüyü iddia edilən "Rusiya raketləri" ilə bağlı bəyanatları vəziyyəti gərginləşdirməyə yönəlmiş qəsdən təxribatdır. Bunu Rusiya Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukrayna hərbi administrasiyasının obyektlərinə endirdiyi bütün zərbələr Ukrayna-Polşa sərhədindən 35 km-dən çox olmayan məsafədə endirilib.
"Vurğulamaq istərdik ki, yüksək dəqiqlikli zərbələr yalnız Ukrayna ərazisində və Ukrayna-Polşa sərhədindən 35 kilometrdən çox olmayan məsafədə olan hədəflərə endirilib", - nazirlik bildirib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi vurğulayıb ki, Polşada Pşevoduvdakı insident yerindən dərc edilmiş fotoşəkillər birmənalı şəkildə Ukraynanın S-300 hava hücumundan müdafiə sisteminin raketinin hissələrinin oraya düşdüyünü göstərir.
"Noyabrın 15-də axşam saatlarında Polşada dərc edilmiş və Pşevoduv qəsəbəsində tapılan təyyarənin qalıqlarının fotoşəkilləri Rusiya hərbi sənaye kompleksinin mütəxəssisləri tərəfindən birmənalı olaraq Ukrayna Hərbi Hava Qüvvələrinin müdafiə sisteminin S-300 zenit-raket kompleksinin elementləri kimi müəyyən edilib", - Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Məlumata görə, Rusiya raketlərinin hücumu zamanı Kiyevə bir zərbə də endirilməyib.
"Biz onu da vurğulamaq istəyirik ki, noyabrın 15-də yüksək dəqiqlikli silahlardan Ukrayna ərazisindəki obyektlərə kütləvi zərbə endirilməsi zamanı Kiyev şəhərindəki obyektlərə bir dənə də olsun raket hücumu həyata keçirilməyib. Kiyev rejiminin Ukrayna paytaxtının yaşayış məntəqələrində nümayiş etdirdiyi bütün dağıntılar Ukrayna qoşunlarının şəhər daxilində yerləşən Ukrayna və xarici hava hücumundan müdafiə sistemlərindən atdığı zenit-raket komplekslərinin düşməsi və özünü məhv etməsinin birbaşa nəticəsidir", - Rusiya Hərbi Departamentinin bəyanatında deyilir.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, çərşənbə axşamı Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi komandanlıq və idarəetmə sisteminə və əlaqədar enerji obyektlərinə raket zərbələri endirib.
"Noyabrın 15-də Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi komandanlıq və idarəetmə sisteminə və əlaqədar enerji obyektlərinə uzaqmənzilli hava və dənizdən yüksək dəqiqlikli silahlarla irimiqyaslı zərbə endirib. Zərbənin məqsədinə nail olub" - bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Onlar vurğulayıblar ki, atılan bütün raketlər dəqiq olaraq təyin olunmuş hədəflərə dəyib, bütün obyektlər vurulub.