https://sputnik.az/20221116/deputat-budceden-dotasiya-almayacaq-rayonlarin-sayinin-artmasini-teqdirelayiq-sayir-448614304.html
Deputat büdcədən dotasiya almayacaq rayonların sayının artmasını təqdirəlayiq sayır
Deputat büdcədən dotasiya almayacaq rayonların sayının artmasını təqdirəlayiq sayır
Sputnik Azərbaycan
Komitə sədrinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının 2023-cü ildə daha çox qeyri-neft sektoru hesabına artması, qeyri-neft sektorunun payının ÜDM-də... 16.11.2022, Sputnik Azərbaycan
2022-11-16T13:07+0400
2022-11-16T13:07+0400
2022-11-16T13:07+0400
cəmiyyət
milli məclis
https://cdnn1.img.sputnik.az/img/41996/57/419965758_0:0:2000:1125_1920x0_80_0_0_eb307021350381cfc8c6d5b7a0566245.jpg
BAKI, 16 noyabr - Sputnik. Milli Məclisdə 2023-cü ilin büdcəsi müzakirəyə çıxarılıb. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirlər.Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2022-ci ildə bütün dünyada uzun illər görünməyən inflyasiya, bunun nəticəsində isə ərzaq qıtlığı müşahidə olunur və iqtisadi böhranın aradan qaldırılması ilə bağlı tədbirlər görülməkdədir.Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yaratdığı yeni reallıqlar və yeni imkanlar sayəsində 2022-ci ildə ölkə iqtisadiyyatında dayanıqlı və davamlı artıma nail olunub. Cari ilin 9 ayı ərzində Ümumi Daxili Məhsul (ÜDM) 5,6 faiz artaraq 98 milyard manat, qeyri-neft sektorunda ÜDM isə 10,1 faiz artaraq 50 milyard manatdan çox olub. Keçən dövr ərzində ixrac 19 milyard ABŞ dollarından çox, o cümlədən qeyri-neft ixracı 24 faizdən çox, strateji valyuta ehtiyatları 55 milyard ABŞ dollarından çox, əhalinin nominal gəlirləri 20 faizdən çox, orta aylıq əmək haqqı 14 faizdən çox artıb.Ötən 9 ay ərzində orta illik inflyasıya 13,4 faiz, ərzaq inflyasiyası isə 19 faizə yaxın olub. Bütövlükdə, 2022-ci ildə büdcə gəlirlərinin artması müşahidə olunub. Komitə sədri, ümumilikdə, ötən dövr ərzində ölkə iqtisadiyyatının uğurlu inkişaf etdiyini söyləyib.Nəzərə çatdırılıb ki, keçən dövr ərzində ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib. Nazirlər Kabineti tərəfindən antiinflyasiya tədbirləri haqqında sənədlər qəbul olunub və bu istiqamətdə lazımi addımlar atılıb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri davam etdirilib.Ümumilikdə büdcədən bu istiqamətdə 4 milyard 848 milyon manat vəsait ayrılıb və növbəti ildə də bu sahəyə vəsait ayrılacaq. Azərbaycan iqtisadiyyatının 2023-cü ildə daha çox qeyri-neft sektoru hesabına artması, qeyri-neft sektorunun payının ÜDM-də çoxalması, qeyri-neft ixracının daha çox olması, iqtisadiyyatda şəffaflığın artması, etimad mühitinin güclənməsi, qarşıda duran hədəflərin özəl sektor tərəfindən həyata keçirilməsi kimi geniş imkanlar mövcuddur.Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 720 700,0 min manat, xərcləri 33 300 000,0 min manat məbləğində nəzərdə tutulub.O bildirib ki, Azərbaycanda aparılan islahatlar, yeni iş yerlərinin açılması səyləri bu ilin 10 ayının yekununda qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan işçilərin sayının ilk dəfə olaraq 800 min nəfəri keçməsinə səbəb olub. Əməyin ödənişi xərclərini 420 milyon manata qədər artırılmasını əmək haqqı fondunun ÜDM-ə nisbətinin tədricən artırılmasının vacibliyini təmin etmək baxımından məqbul sayırıq.Qeyd edək ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri davamlı olaraq artır. 2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.Bununla yanaşı, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır. Əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.Azad edilmiş ərazilərin bərpası üçün ayrılan xərclərQeyd edək ki, işğaldan azad edilən ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.Bundan başqa, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.Sosial istiqamətƏvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılmışdır. 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur. Gələn il dövlət sifarişi ilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir.Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatı üçün büdcə resurslarının artırılması, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulub. Bu da 2022-ci illə müqayisədə 20,5 faiz, 2021-ci illə müqayisədə isə 32,0 faiz çoxdur.Layihədə işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur."Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur.Kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulan xərclərÖlkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatı üçün büdcə resurslarının artırılması, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulub.Sənəddə bildirilib ki, bu da 2022-ci illə müqayisədə 20,5 faiz, 2021-ci illə müqayisədə isə 32 faiz çoxdur.2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılıb."Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib ki, 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.Gələn il ehtiyac meyarının həddi 246 manat götürüləcək."Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib ki, növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.2023-cü il dövlət büdcəsində neftin 1 barelinin qiyməti 50 dollar götürüləcək."Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır. Əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41996/57/419965758_227:0:2000:1330_1920x0_80_0_0_9ffac07e204e8d1487c06ee75f0561df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis
Deputat büdcədən dotasiya almayacaq rayonların sayının artmasını təqdirəlayiq sayır
Komitə sədrinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının 2023-cü ildə daha çox qeyri-neft sektoru hesabına artması, qeyri-neft sektorunun payının ÜDM-də çoxalması, qeyri-neft ixracının daha çox olması kimi geniş imkanlar mövcuddur.
BAKI, 16 noyabr - Sputnik. Milli Məclisdə 2023-cü ilin büdcəsi müzakirəyə çıxarılıb. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirlər.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2022-ci ildə bütün dünyada uzun illər görünməyən inflyasiya, bunun nəticəsində isə ərzaq qıtlığı müşahidə olunur və iqtisadi böhranın aradan qaldırılması ilə bağlı tədbirlər görülməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yaratdığı yeni reallıqlar və yeni imkanlar sayəsində 2022-ci ildə ölkə iqtisadiyyatında dayanıqlı və davamlı artıma nail olunub. Cari ilin 9 ayı ərzində Ümumi Daxili Məhsul (ÜDM) 5,6 faiz artaraq 98 milyard manat, qeyri-neft sektorunda ÜDM isə 10,1 faiz artaraq 50 milyard manatdan çox olub. Keçən dövr ərzində ixrac 19 milyard ABŞ dollarından çox, o cümlədən qeyri-neft ixracı 24 faizdən çox, strateji valyuta ehtiyatları 55 milyard ABŞ dollarından çox, əhalinin nominal gəlirləri 20 faizdən çox, orta aylıq əmək haqqı 14 faizdən çox artıb.
Ötən 9 ay ərzində orta illik inflyasıya 13,4 faiz, ərzaq inflyasiyası isə 19 faizə yaxın olub. Bütövlükdə, 2022-ci ildə büdcə gəlirlərinin artması müşahidə olunub. Komitə sədri, ümumilikdə, ötən dövr ərzində ölkə iqtisadiyyatının uğurlu inkişaf etdiyini söyləyib.
Nəzərə çatdırılıb ki, keçən dövr ərzində ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib. Nazirlər Kabineti tərəfindən antiinflyasiya tədbirləri haqqında sənədlər qəbul olunub və bu istiqamətdə lazımi addımlar atılıb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri davam etdirilib.
Ümumilikdə büdcədən bu istiqamətdə 4 milyard 848 milyon manat vəsait ayrılıb və növbəti ildə də bu sahəyə vəsait ayrılacaq. Azərbaycan iqtisadiyyatının 2023-cü ildə daha çox qeyri-neft sektoru hesabına artması, qeyri-neft sektorunun payının ÜDM-də çoxalması, qeyri-neft ixracının daha çox olması, iqtisadiyyatda şəffaflığın artması, etimad mühitinin güclənməsi, qarşıda duran hədəflərin özəl sektor tərəfindən həyata keçirilməsi kimi geniş imkanlar mövcuddur.
Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 720 700,0 min manat, xərcləri 33 300 000,0 min manat məbləğində nəzərdə tutulub.
O bildirib ki, Azərbaycanda aparılan islahatlar, yeni iş yerlərinin açılması səyləri bu ilin 10 ayının yekununda qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan işçilərin sayının ilk dəfə olaraq 800 min nəfəri keçməsinə səbəb olub. Əməyin ödənişi xərclərini 420 milyon manata qədər artırılmasını əmək haqqı fondunun ÜDM-ə nisbətinin tədricən artırılmasının vacibliyini təmin etmək baxımından məqbul sayırıq.
“Büdcə xərclərində, həmçinin məqsədli kənd təsərrüfatı tədbirləri, ərzaq təhlükəsizliyi üçün ayrılan vəsaitlərin ümumilikdə 350 milyon manatdan çox artırılmasını məqbul hesab edirik. Fikrimizcə, gələcəkdə bu sahədə yaranacaq çağırışlar daha ciddi və əhatəli tədbirlərin görülməsinə ehiyac yaradacaq.
2023-cü ildə dövlət büdcəsindən dotasiya almayacaq rayonların sayının 6 rayon artaraq 57-yə çatmasını təqdirəlayiq hal hesab edirik. Eyni zamanda, yerli büdcələrin daha da artırlması istiqamətində səylərin artırılmasının və bunun üçün yeni mexanizmlərin tapılmasının vacibliyini də qeyd etmək istərdik", - deyə o əlavə edib.
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.
Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri davamlı olaraq artır. 2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.
Bununla yanaşı, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır. Əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.
Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.
Azad edilmiş ərazilərin bərpası üçün ayrılan xərclər
Qeyd edək ki, işğaldan azad edilən ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.
Bundan başqa, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.
Əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılmışdır. 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.
Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.
2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur. Gələn il dövlət sifarişi ilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir.
Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatı üçün büdcə resurslarının artırılması, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulub. Bu da 2022-ci illə müqayisədə 20,5 faiz, 2021-ci illə müqayisədə isə 32,0 faiz çoxdur.
Layihədə işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur.
"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur.
Kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulan xərclər
Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatı üçün büdcə resurslarının artırılması, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulub.
Sənəddə bildirilib ki, bu da 2022-ci illə müqayisədə 20,5 faiz, 2021-ci illə müqayisədə isə 32 faiz çoxdur.
2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılıb.
"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib ki, 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.
Gələn il ehtiyac meyarının həddi 246 manat götürüləcək.
"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib ki, növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.
2023-cü il dövlət büdcəsində neftin 1 barelinin qiyməti 50 dollar götürüləcək.
"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır. Əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.