DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Prezidenti Balidə dünya liderləri ilə görüşüb

© Made NAGI / POOL / AFPTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden  - Sputnik Azərbaycan, 1920, 15.11.2022
Abunə olmaq
Dövlət başçıları G20 liderlərinin İndoneziyanın Bali əyalətində keçirilən sammiti çərçivəsində bir araya gəliblər.
BAKI, 15 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş başlayıb.
Məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.
Türkiyə Prezidenti həmçinin Fransanın dövlət başçısı Emmanuel Makronla görüşüb.
Qeyd olunub ki, dövlət başçıları G20 liderlərinin İndoneziyanın Bali əyalətində keçirilən sammiti çərçivəsində bir araya gəliblər.
R.T.Ərdoğanın həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşdüyü bildirilir. Liderlərin hansı mövzuları müzakirə etdikləri açıqlanmayıb.
Xəbər lenti
0