Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mişustin Bakıya gəlir: Baş nazirlər Bakıda keçiriləcək forumda iştirak edəcəklər

© Sputnik / Григорий СысоевMixail Mişustin
Mixail Mişustin - Sputnik Azərbaycan, 1920, 15.11.2022
Abunə olmaq
Forumda iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar əlaqələr, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya və təhsil ilə bağlı məsələlər müzakirə olunacaq.
BAKI, 15 noyabr — Sputnik. Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin sabah Bakıya gələcək.
O, noyabrın 17-də Bakıda keçiriləcək XI Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək üçün ölkəmizə gəlir.
Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan və Rusiyanın Baş nazirləri Əli Əsədov və Mixail Mişustin Forumda iştirak edəcəklər.
Forumda iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar əlaqələr, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya və təhsil ilə bağlı məsələlər müzakirə olunacaq.
Müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.
Forumda Azərbaycan və Rusiya hökumətinin üzvləri, işgüzar dairələrin təmsilçiləri, həmçinin hər iki ölkənin müxtəlif bölgələrinin nümayəndələri iştirak edəcəklər.
Xəbər lenti
0