Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin: Zelenski Ukraynanı borc əsarətinə salıb

© Sputnik / Максим Блинов / Mediabanka keçidRusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin
Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin  - Sputnik Azərbaycan, 1920, 14.11.2022
Abunə olmaq
Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, Zelenski Ukrayna vətəndaşlarını "ölkəni borc əsarətinə salaraq" gələcəkdən məhrum edib.
BAKI, 14 noyabr — Sputnik. Volodimir Zelenski Ukrayna vətəndaşlarını "ölkəni borc əsarətinə salaraq" gələcəkdən məhrum edib.
Bunu Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
"Bu gün Kiyev öz gəlirinin yarıdan çoxunu - 57,9%-ni borclara xidmətə xərcləyir. Ona görə də yeni kreditlər götürməyə məcburdur. Ukrayna müflis dövlətdir. Kiyev rejimi bu barədə susmağa çalışır. Amma problem ondadır ki, hər şey göz qabağındadır. Zelenski Ukrayna vətəndaşlarını gələcəkdən məhrum edib, ölkəni borc əsarətinə sürükləyib", – deyə Volodin özünün "Telegram" kanalında yazıb.
O qeyd edib ki, 2014-cü ildə baş vermiş dövlət çevrilişi Ukraynanın suverenliyini tamamilə itirməsinə gətirib çıxarıb. Belə ki, Ukrayna büdcəsinin 40%-ə yaxınını xarici kreditlər və borclar təşkil edir.
"Gələn il xaricdən maliyyələşmə 58% təşkil edəcək. Ukrayna vətəndaşlar qarşısında xərcləmə öhdəliklərini: maaş və müavinətlər, pensiyalar və digər sosial məsələləri müstəqil şəkildə yerinə yetirə bilmir. Vəziyyət getdikcə pisləşir", - deyə Volodin vurğulayıb.
Xəbər lenti
0