Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb

© AR Ministry of DefenceMüdafiə naziri gürcüstanlı həmkarı ilə görüşüb
Müdafiə naziri gürcüstanlı həmkarı ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 14.11.2022
Abunə olmaq
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 14-də bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.
BAKI, 14 noyabr — Sputnik. Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Belə ki, Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 14-də bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.
© AR Ministry of DefenceMüdafiə naziri gürcüstanlı həmkarı ilə görüşüb
Müdafiə naziri gürcüstanlı həmkarı ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 14.11.2022
Müdafiə naziri gürcüstanlı həmkarı ilə görüşüb
Gürcüstan Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil edilib. Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçib, hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Tərəflər regional təhlükəsizlik, hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi və işçi görüşlərin təşkili barədə ətraflı fikir mübadiləsi aparıblar.
© AR Ministry of DefenceMüdafiə naziri gürcüstanlı həmkarı ilə görüşüb
Müdafiə naziri gürcüstanlı həmkarı ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 14.11.2022
Müdafiə naziri gürcüstanlı həmkarı ilə görüşüb
Görüşdə həmçinin hərbi, hərbi texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Yekunda hər iki ölkənin Müdafiə nazirlikləri arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
Xəbər lenti
0