https://sputnik.az/20221113/kv-demokratlar-abs-senatina-nezareti-elde-saxlayacaqlar-448501473.html
KİV: Demokratlar ABŞ Senatına nəzarəti əldə saxlayacaqlar
KİV: Demokratlar ABŞ Senatına nəzarəti əldə saxlayacaqlar
Sputnik Azərbaycan
Demokratların Nevada ştatında qələbəsi onların Senatda ən azı 50 yerə sahib olması deməkdir, Respublikaçılar isə indiyədək 49 yer əldə ediblər. 13.11.2022, Sputnik Azərbaycan
2022-11-13T11:50+0400
2022-11-13T11:50+0400
2022-11-13T11:50+0400
dünya xəbərləri
senat
seçkilər
https://cdnn1.img.sputnik.az/img/41888/62/418886224_0:184:2987:1864_1920x0_80_0_0_ad122fb04d980611de8e6faa9f42ef6e.jpg
BAKI, 13 noyabr - Sputnik. Nevada ştatında keçirilən aralıq seçkilərdə hazırkı Demokrat senator Ketrin Kortez Masto qalib gəlir və nəticədə demokratlar ABŞ Konqresinin yuxarı palatasına nəzarəti əldə saxlayacaqlar.“Report” xəbər verir ki, belə bir proqnozla “NBC” televiziya şirkəti, eləcə də bir sıra digər aparıcı Amerika KİV-i çıxış edib.NBC-nin məlumatına görə, Kortez Masto səslərin 96%-ni hesabladıqdan sonra Respublikaçılar Partiyasından olan rəqibi Adam Laksaltı (48,2 faiz səs toplayıb – Red) 0,5 faiz üstələyib və 48,7 faiz səs toplayıb.İki namizəd arasındakı fərq cəmi 4 982 səsdir. Yekun nəticələr daha sonra açıqlanacaq, lakin mövcud təcrübəyə görə, səsvermənin nəticəsi artıq dəyişə bilməyəndə ABŞ mediası qalibi elan edir.Demokratların Nevada ştatında qələbəsi onların Senatda ən azı 50 yerə sahib olması deməkdir, Respublikaçılar isə indiyədək 49 yer əldə ediblər.Bu, ümumilikdə 100 yerə malik olduğu üçün yuxarı palataya nəzarəti Demokratlara verir. Əgər hər iki partiya 50 yer əldə etsə, vitse-prezidentin, yəni demokrat Kamala Harrisin səsi həlledici olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41888/62/418886224_128:0:2859:2048_1920x0_80_0_0_3213a14297642ecba6ffd90ac3cdda0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
senat, seçkilər
KİV: Demokratlar ABŞ Senatına nəzarəti əldə saxlayacaqlar
Demokratların Nevada ştatında qələbəsi onların Senatda ən azı 50 yerə sahib olması deməkdir, Respublikaçılar isə indiyədək 49 yer əldə ediblər.
BAKI, 13 noyabr - Sputnik. Nevada ştatında keçirilən aralıq seçkilərdə hazırkı Demokrat senator Ketrin Kortez Masto qalib gəlir və nəticədə demokratlar ABŞ Konqresinin yuxarı palatasına nəzarəti əldə saxlayacaqlar.
“Report” xəbər verir ki, belə bir proqnozla “NBC” televiziya şirkəti, eləcə də bir sıra digər aparıcı Amerika KİV-i çıxış edib.
NBC-nin məlumatına görə, Kortez Masto səslərin 96%-ni hesabladıqdan sonra Respublikaçılar Partiyasından olan rəqibi Adam Laksaltı (48,2 faiz səs toplayıb – Red) 0,5 faiz üstələyib və 48,7 faiz səs toplayıb.
İki namizəd arasındakı fərq cəmi 4 982 səsdir. Yekun nəticələr daha sonra açıqlanacaq, lakin mövcud təcrübəyə görə, səsvermənin nəticəsi artıq dəyişə bilməyəndə ABŞ mediası qalibi elan edir.
Demokratların Nevada ştatında qələbəsi onların Senatda ən azı 50 yerə sahib olması deməkdir, Respublikaçılar isə indiyədək 49 yer əldə ediblər.
Bu, ümumilikdə 100 yerə malik olduğu üçün yuxarı palataya nəzarəti Demokratlara verir. Əgər hər iki partiya 50 yer əldə etsə, vitse-prezidentin, yəni demokrat Kamala Harrisin səsi həlledici olacaq.