Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Komandir qışqıraraq hamını ayağa qaldırdı: Şuşa azaddır!

© Photo : Courtesy of Daniel Zarbailov Daniel Zarbailov
Daniel Zarbailov   - Sputnik Azərbaycan, 1920, 09.11.2023
Abunə olmaq
Qubanın Qırmızı Qəsəbəsində dünyaya göz açan yəhudi balası Daniel Zarbailov Albert Aqarunovdan sonra vətənin bütövlüyü uğrunda vuruşduğu üçün özünü dünyanın xoşbəxti sayır.
BAKI, 9 noyabr — Sputnik. Vətən müharibəsində qazanılan qələbədə Azərbaycanda yaşayan azsaylı xalqların böyük payı var. Yəhudi əsilli Daniel Zarbailov da qələbəmizə öz töhfəsini verənlərdəndir.
O, 2001-ci ilin noyabrın 27-də Qubanın Qırmızı Qəsəbəsində dünyaya göz açıb.
2020-ci ilin yanvarın 8-də hərbi xidmətə yola düşüb. Daniel Goranboyda N saylı hərbi hissədə xidmətini davam etdirib. 9 aydan sonra Vətən müharibəsi başlayıb. İlk günlərindən döyüşlərə qatılan Daniel 44 günlük Vətən Müharibəsindəki döyüş yolunu Sputnik Azərbaycan-a anladıb:
"Müharibənin olacağından xəbərsiz idik. Sentyabrın 27-də bizi Tərtər istiqamətinə apardılar. Burada Səhləbad, Əskipara kəndləri istiqamətində vuruşmağa başladıq. Komandirlərimiz dönə-dönə bizə özümüzü qorumağı, təhlükə hiss etdiyimiz zaman tez səngərlərə girməyimizi tapşırmışdılar. Biz əvvəl Tərtər istiqamətində döyüşlərə qatıldıq. Əhval-ruhiyyəmiz yüksək idi. Amalımız yalnız irəli getmək, torpaqlarımızı işğaldan azad etmək idi. Üstümüzə doğru gələn istənilən təhlükə bizi geri döndərə bilməzdi".
© Photo : Courtesy of Daniel Zarbailov Vətən müharibəsi iştirakçısı Daniel Zarbailov dostları ilə birgə
Daniel Zarbailov   - Sputnik Azərbaycan, 1920, 09.11.2021
Vətən müharibəsi iştirakçısı Daniel Zarbailov dostları ilə birgə
Qəhrəmanımız müharibədə yaralandığını, bir möcüzə nəticəsində döyüş yoldaşları iulə birlikdə sağ qaldığını bildirib:
"Döyüşlər zamanı dəfələrlə ölümlə üz-üzə gəldik. Ağır döyüşlər gedirdi. 3-4 nəfər əsgər yoldaşım, manqa komandirim və tağım komandirimlə birlikdə döyüşürdük. Bu vaxt yanımıza top mərmisi düşdü. Hamımız o mərminin təsirindən güclü xəsarət aldıq. Tağım komandirimiz qəlpə yarası aldı. Biz isə onun təsir gücündən travma aldıq. Bizin hamımızın sağ qalması möcüzə idi. Mərmi düşən hissə ilə bizim aramızda yük maşını vardı. Qəlpələrin çoxu maşına dəymişdi. Əyər maşın olmasaydı, hamımız tikə-tikə olacaqdıq. Amma qismətimizdə yaşamaq və döyüşmək vardı. Sonacan döyüşdük və torpaqlarımızın azad olunmasında az da olsa payımız oldu".
© Photo : Courtesy of Daniel Zarbailov Vətən müharibəsi iştirakçısı Daniel Zarbailov dostları ilə birgə
Daniel Zarbailov   - Sputnik Azərbaycan, 1920, 09.11.2021
Vətən müharibəsi iştirakçısı Daniel Zarbailov dostları ilə birgə
Daniel Şuşanın azad olunduğu günü isə belə xatırlayır:
"Ən gözəl xatirəm Şuşanın azad olunması ilə bağlıdır. Tağım komandirimizi hospitala apardıqdan sonra onu əvəzləmək üçün səfərbərlikdən bir komandir yolladılar. Gecə saat 3-4 olardı. Həmin komandirə başqa bir hərbiçi yoldaşından zəng gəldi. Komandir yüksəkdən qışqıraraq hamını ayağa qaldırdı. Böyük sevinclə "nə yatmısız, qalxın, Şuşa azaddır"dedi. O, anı dillə ifadə eləmək çox çətindir, ancaq yaşamaq lazımdır. Hamı qalxdı ayağa. Mahnı qoşan kim, oynayan kim, qucaqlaşan kim. Çox möhtəşəm anlar idi. O anları heç vaxt unutmaram. Ömrümün ən gözəl anları idi. Sevinc göz yaşlarımızı saxlaya bilmirdik".
© Photo : Courtesy of Daniel Zarbailov Vətən müharibəsi iştirakçısı Daniel Zarbailov dostları ilə birgə
Daniel Zarbailov   - Sputnik Azərbaycan, 1920, 09.11.2021
Vətən müharibəsi iştirakçısı Daniel Zarbailov dostları ilə birgə
Daniel Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovu özünə örnək bildiyini deyib. Albertdən sonra bu vətənin bütövlüyü uğrunda bir yəhudi balası olaraq öz payının olduğunun xoşbəxtliyini hər an hiss etdiyini qeyd edib:
"Dillərə dastan olan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovdan sonra səhv etmirəmsə, müharibədə iştirak edən yəhudi əsilli ikinci vətəndaş mənəm. Albert də bu vətən üçün döyüşdü və qəhrəmancasına şəhid oldu. Təbii ki, mən də şəhid ola bilərdim. Amma qismətimdə sağ qalmaq vardı. Əgər bu torpaqların azad olunmasında az da ola payım varsa, demək məndən xoşbəxt adam yoxdur. Bu torpaqlarda vuruşmaq çox qürurverici idi. Hələ torpaqlar azad olunduqca, nə hisslər keçirdiyimi kaş biləydiz. Axı bu, bizim birgə vətənimizin torpaqlarıdır. Biz burada doğulmuşuq, buranın suyunu içir, çörəyini yeyirik. Əminlikdə deyirəm ki, yenə lazım olsa, bu torpaqlar uğrunda can-başla vuruşmağa hazıram".
Xəbər lenti
0