Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Son aylarda bahalaşan ərzaqlar içərisində yumurta ilk yerdədir - QRAFİKA

Abunə olmaq
Sentyabrda aylıq müqayisədə toyuq yumurtası 12,5 faiz bahalaşıb. Həmin ay yumurtanın 10 ədədinin orta qiyməti 2 manat olub. Ölkədə yumurta istehsalında da artım müşahidə edilir
BAKI, 7 noyabr — Sputnik. Azərbaycanda bu ilin iyun ayından başlayaraq ərzaq məhsulları içərisində ən çox bahalaşma aylıq müqayisədə toyuq yumurtasında qeydə alınıb.
Sentyabrda aylıq müqayisədə toyuq yumurtası 12,5 faiz bahalaşıb. Həmin ay yumurtanın 10 ədədinin orta qiyməti 2 manat olub. Başqa sözlə, 1 ədəd yumurta 20 qəpiyə satılıb.
İyun ayında 10 ədəd yumurta 1,65 manat, iyulda 1,68 manat, avqustda 1,77 manat olub. İyun ayında da aylıq müqayisədə ərzaqlar içərisində ən çox yumurta bahalaşıb - 8,8 faiz.
Azərbaycanda yumurta istehsalında artım var
Qeyd edək ki, Azərbaycanda yumurta istehsalında da artım müşahidə edilir. Bu ilin 9 ayında yumurta istehsalı 5,3 faiz artaraq 1 milyard 486,5 milyon ədəd olub.
Cari ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində 599,4 milyon ədəd (ötən ilin eyni dövründə 485,2 milyon ədəd) yumurta istehsal olunub. Ümumilikdə cari ilin 1 oktyabr vəziyyətinə bu müəssisələr üzrə hər yumurtlayan toyuqdan orta hesabla 168 ədəd yumurta alınıb. Ötən il isə ölkədə 1 milyard 838,8 milyon ədəd yumurta istehsal edilib.
Onu da bildirək ki, yumurtanın istehsalçı qiyməti də qalxıb. Sentyabr ayında aylıq müqayisədə yumurtanın istehsalçı qiyməti 21,8 faiz artıb.
Yumurtanın bahalaşmasının əsas səbəbi yemin qiymətinin qalxması və tələbatın artmasıdır
Xatırladaq ki, avqust ayında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda yumurtanın bahalaşmasının əsas səbəbi yemin qiymətinin qalxması və tələbatın artmasıdır. M. Həsənli qarşıdakı aylarda yumurtanın qiymətində ciddi artım gözləmir: "Yumurta istehsalında böyük rəqabət var. 15-ə yaxın firma ciddi şəkildə yumurta istehsalı ilə məşğul olur. Rəqabətin olduğu yerdə inanmıram ki, qiymətin qalxması fantastik həddə olsun. Fikrimcə, bir qutu yumurtanın satışı 54-55 manat civarında dayanacaq, sabitləşəcək".
Yemlər 2 dəfədən çox bahalaşıb
O qeyd edib ki, dünyada yemlərin qiyməti 2 dəfədən çox qalxıb: "Son 1 ildə qarğıdalının 1 tonu 320 manatdan 800 manata, günəbaxan yağı 1600 manatdan 4200 manata, soya 980-1000 manatdan 1600-1700 manata, buğda 280-300 manatdan 600 manata yüksəlib. Yemlər ölkəyə əsasən Rusiyadan, Qazaxıstandan, Ukraynadan gətirilir".
Yerli istehsal daxili tələbatı 130 faiz ödəyir
M.Həsənli diqqətə çatdırıb ki, Azərbaycanda gündəlik yumurta tələbatı 3 milyon 600 min civarındadır: "Yay aylarında isə gündəlik tələbat 2 milyon 200 minədək düşür. Azərbaycanda yumurta üzrə yerli istehsal daxili tələbatı 130 faiz ödəyir. Qətərə, İraqa, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə yumurta ixrac edilir".
Xəbər lenti
0