SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: "Ermənistan Qərbə boylanır və İrandan verilən mesajlara ümidlənir"

© Sputnik / Aleksandr Galperin / Mediabanka keçidYerevana mənzərə, arxiv şəkli
Yerevana mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.11.2022
Abunə olmaq
Politoloq Elşən Manafov bildirib ki, Avropa İttifaqının təşəbbüs götürüb tərəflər arasında danışıqlar aparmaq istəyi İttifaqın bölgə ilə bağlı geosiyasi maraqlarından irəli gəlir.
BAKI, 5 noyabr — Sputnik. Noyabrın 3-də Brüsseldə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi altında, müvafiq olaraq, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü görüşü keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, Azərbaycanla Ermənistan delimitasiya və sərhəd Komissiyalarının işini sürətləndirmək və IV iclas barədə razılığa gəlib.
Sputnik Azərbaycan Brüssel görüşü ilə bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Politoloq Elşən Manafov bildirib ki, Avropa İttifaqının təşəbbüs götürüb tərəflər arasında danışıqlar aparmaq istəyi İttifaqın bölgə ilə bağlı geosiyasi maraqlarından irəli gəlir.
Onun sözlərinə görə, Aİ və Rusiyanın Cənubi Qafqazla bağlı geosiyasi maraqlarının toqquşduğu bəllidir: "Çünki Azərbaycan Cənubi Qafqazda ciddi logistika imkanlarına malik ölkədir. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda Azərbaycan Rusiya üçün Yaxın Orta Şərqə, Kiçik Ön Asiyaya gedən ciddi kommunikasiya dəhlizlərinə və logistika imkanlarına malikdir. Rusiya Azərbaycanla münasibətlərinin mahiyyətinə və dinamikasına hər zaman böyük önəm verib. Hər halda Putin iqtidarı dövründə bunun belə olduğunu iddia etmək olar. Aİ-nin canfəşanlığı isə təşəbbüsü ələ almaq istəyindən irəli gəlir".
Politoloq qeyd edib ki, Aİ-də və Rusiyada keçirilən görüşlərdə də bu moderator tərəflər bir-birinə güc nümayiş etdirirlər: "Rusiyanın Ermənistan hakimiyyətinə təsir imkanları yetərincədir. Aİ və Rusiya arasındakı bu proseslər Azərbaycan və Ermənistan sərhədləri arasındakı demarkasiya proseslərinə ciddi təsir göstərməyəcək. Aİ əslində bu məsələni gündəmdə saxladığını göstərməyə çalışır. Biz Soçi görüşündən sonra gördük ki, Ermənistan üzərinə göstərdiyi öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Soçi görüşü həm də Azərbaycan diplomatiyasının qələbəsi idi".
E.Manafov vurğulayıb ki, Ermənistanla münasibətlərin normallaşması istiqamətində isə ciddi razılaşmaların əldə olunması görünmür: "Nə Aİ, nə də Rusiya ilə aparılan danışıqlarda Paşinyanı Moskva bəyanatının şərtlərindən irəli gələn öhdəlikləri yerinə yetirməyə sövq edən mexanizmləri görmürük. Hər dəfə deklarativ xarakterli bəyanatlar ortaya qoyulur. Bu bəyanatlarla nə demarkasiya xətlərini müəyyənləşdirmək, nə də Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən Şərqi Zəngəzurun iqtisadi rentabelliyi ilə bağlı məsələləri həll etmək mümkün olacaq".
Politoloqun sözlərinə görə, Soçi görüşündə tərəflər məsələləri güc nümayiş etdirməmək və hədə qorxu gəlməmək yolu ilə həll etmək barədə öhdəliklər götürüblər. Amma mənə elə gəlir ki, indiki mərhələdə Azərbaycan güc tətbiq etməklə məsələlərin indiki yerindən tərpədilməsinə nail ola bilər. Ermənistan bu gücü görməyincə demarkasiya ilə bağlı manevrlərini davam etdirəcək. Əgər bu baş verməsə, Şərqi Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ havada qalacaq. Ermənistan Qərbə boylanır və İrandan verilən mesajlara ümidlənir. İnanırlar ki, nə vaxtsa vəziyyət onların xeyrinə dəyişəcək. Nə qədər ki, Xankəndində Azərbaycan bayrağı dalğalanmır, məsələlərin hərbi yolla həlli üçün imkanlar qalır və Azərbaycan bununla bağlı mesajlarını bütün maraqlı tərəflərə çatdırmalıdır".
Xəbər lenti
0