Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Parisdə Qarabağa məxsus geyim kolleksiyasının sərgisi keçirilib

© Photo : REPORTParisdə “Qarabağ incilərinin Avropa sədası” adlı geyim kolleksiyasının sərgisi keçirilib
Parisdə “Qarabağ incilərinin Avropa sədası” adlı geyim kolleksiyasının sərgisi keçirilib - Sputnik Azərbaycan, 1920, 05.11.2022
Abunə olmaq
Kolleksiyaya aid 15 geyim nümayiş olunub, Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının geyimlərini özündə əks etdirib.
BAKI, 5 noyabr — Sputnik. Fransanın Paris şəhərində "Şuşa ili" çərçivəsində "Qarabağ incilərinin Avropa sədası" adlı geyim kolleksiyasının sərgisi keçirilib. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Respublikasının Fransadakı səfirliyi, Bakı Tekstil Fabriki və K.Fabuel Moda Evinin dəstəyi ilə keçirilən tədbirdə Fransa ictimaiyyəti, Parisdəki diplomatik korpus, media nümayəndələri və digər şəxslər iştirak ediblər.
"Report" xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri və müvəqqəti işlər vəkili Nigar Hüseynova bugünkü tədbirin hər bir azərbaycanlı üçün çox vacib olan mövzuya həsr olunduğunu bildirib. O, bu ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Şuşa ili" elan olunduğunu qeyd edib.
Nigar Hüseynova Şuşa şəhərinin tarixi, bu torpaqda doğulan dahi tarixi şəxsiyyətlər haqqında qonaqlara məlumat verib. O, Qarabağın 28 il qanunsuz işğal altında olduğunu, azad olunduqdan sonra bu bölgədə, habelə Şuşada geniş yenidənqurma işlərinin başlandığını və şəhərin tarixinin özünə qaytarılması üçün önəmli tədbirlərin həyata keçirildiyini bildirib.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Parlamentinin sabiq üzvü Jerom Lamber Qarabağ bölgəsinin Azərbaycan xalqı üçün dəyərli olduğunu vurğulayıb. O, bölgədə ədalət və beynəlxalq hüquq əsasında qurulan daimi sülhün bərqərar olmasının bu gün ən vacib və təxirəsalınmaz məsələ olduğunu xüsusi vurğulayıb.
Azərbaycanın həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılması üçün Azərbaycanın Fransadakı Dostları Assosiasiyasının səylərini davam etdirəcəyini söyləyib.
Tədbirdə çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə heyətinin sədri Səkinə Babayeva Qarabağ kolleksiyası haqqında məlumat verib. Onun sözlərinə görə, kolleksiyaya aid 15 geyim nümayiş olunub. Qarabağ kolleksiyası Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının geyimlərini özündə əks etdirib.
Xəbər lenti
0