Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Metroda nasazlıq aşkarlanan qatarların sayı azalıb

© Sputnik / Murad OrujovBakı metrosunda qatar
Bakı metrosunda qatar - Sputnik Azərbaycan, 1920, 05.11.2022
Abunə olmaq
Öncələr nasazlıqlar səbəbindən gündə 10-20 qatar növbədən kənar depoya qayıdırdısa, indi heç il ərzində bu sayda nasazlıq qeydə alınmır.
BAKI, 5 noyabr — Sputnik. Bakı metropolitenində aparılan struktur dəyişikliklər hesabına müxtəlif nasazlıqlar səbəbindən gün ərzində depoya qaytarılan qatarların sayı minimuma endirilib.
"Bakı Metropoliteni" QSC-nin Baş mühəndisi Əlixan Osmanov Bakı metrosunun yaranmasının 55 illiyi münasibətilə keçirilən tədbirdə belə deyib.
O bildirib ki, Vaqonların Əsaslı Təmiri xidməti, Elektrik Mühərriklərinin Əsaslı Təmiri xidməti, Vaqonların daxili və xarici estetikası və təmizliyi üçün, hərəkət qatarlarının daxilində olan kondisionerlərin texniki istismarı üçün, maşinistlərin trenajorda treninqini aparmaq üçün ayrıca qurumlar yaradıldı: Beləliklə Depolar üzrə iş Departamentinin rəhbəri və əməkdaşlarına yalnız hərəkət tərkiblərinin təmiri və istismarını həyata keçirtmək üçün şərait yaradıldı", - QSC-nin Baş mühəndisi bildirib.
Onun sözlərinə görə, bunun nəticəsində adları çəkilən bütün sahələrdə əməkdaşların işi təkmilləşdirildi:"Buna qədər müxtəlif nasazlıqlar səbəbindən gündə 10-20 qatar növbədən kənar depoya qayıdırdısa, indi heç il ərzində bu sayda nasazlıq qeydə alınmır".
"Bütün bu görülən islahatlar nəticəsində metropolitendən istifadə edən vətəndaşların əksəriyyəti vaqonlarda olan sərnişin sıxlığına baxmayaraq Bakı metrosunda yaranmış səliqə sahmandan, təmizlikdən, zövqlü təmirdən razılığını bildirirlər", - Ə.Osmanov vurğulayıb.
"Xocahəsən" stansiyası sırf yerli mütəxəssislərin hesabına tikilib
O qeyd edib ki, istismara hazır olan yeni "Xocahəsən" stansiyası sırf yerli mütəxəssislərin hesabına tikilib: "Bu il növbəti bir stansiyanı sərnişinlərin istifadəsinə verməyə hazılaşırıq. Xocəsən qəsəbəsinin ərazisində yerləşən bu stansiya əslində metropoliten əməkdaşları üçün bir platforma kimi nəzərdə tutulub. Lakin inşaat işləri gedən zaman QSC-nin rəhbəri bu platformanın yerində bütöv bir sərnişin stansiyasının yaradılması qərarına gəldi".
"Metropolitenin 2-ci deposunun ərazisində yerləşən bu stansiyanın layihələndirilməsi, tikintisi, avadanlıqlarla təchiz edilməsi, arxitekturası və dizaynı QSC-nin məhsuludur. Xarici şirkətlər dəvət olunsa da, onların əməyindən istifadə olunmayıb. “Elmlər Akademiyası” stansiyasının binasında metropolitendə qatarların və bütün texnikli vasitələrin idarə olunmasının mərkəzi yaradılıb və bu günlərdə istifadəyə verilib", - deyə o əlavə edib.
Metropoliten rəsmisi qeyd edib ki, "Bənövşəyi" xəttin stansiyaları tikildikcə həmin mərkəzdən idarə olunacaq.
Xəbər lenti
0