https://sputnik.az/20221105/ermenistan-30-il-danisiqlarin-imitasiyasi-ile-mesgul-olub---nazir-448268467.html
Ermənistan 30 il danışıqların imitasiyası ilə məşğul olub - Nazir
Ermənistan 30 il danışıqların imitasiyası ilə məşğul olub - Nazir
Sputnik Azərbaycan
Nazir bildirib ki, 2020-ci ilin sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirib 05.11.2022, Sputnik Azərbaycan
2022-11-05T11:15+0400
2022-11-05T11:15+0400
2022-11-05T11:36+0400
ceyhun bayramov
siyasət
zəfər günü
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443296430_0:0:3071:1727_1920x0_80_0_0_177782bc056edd43fd565867da686bfe.jpg
BAKI, 5 noyabr — Sputnik. Vətən müharibəsində Şuşa əməliyyatı Ermənistanın məğlubiyyətini qaçılmaz etdi. 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat döyüş meydanında qazanılmış qələbənin təsdiqi və sübutudur.Bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.Onun sözlərinə görə, iki ildir ki, Azərbaycanda bayramlar tamamilə fərqli hisslərlə qarşılanır: "İki il bundan əvvəl Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dünyaya nümunə göstərdi və torpaqlarımız işğaldan azad edildi. 1980-ci illərin sonundan Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürüb. Bu müddət ərzində 20 faiz torpaqlarımız işğal altına düşmüşdü. 30 ilə yaxın tarixi dövr ərzində BMT Təhlükəsizlik Şurası 4 qətnamə, o cümlədən bir sıra beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul etmişdi".Nazir bildirib ki, bütün bunlara baxmayaraq Ermənistanın işğal siyasəti davam edirdi, İrəvan qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirirdi: "Ermənistan danışıqların imitasiyası ilə də məşğul idi. 30 ilə yaxın müddət ərzində Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həll olunmasına sadiqlik nümayiş etdirirdi. Ermənistanda təcavüz xarakterli doktorina qəbul edilməsi, 2020-ci ilin iyulunda hərbi təxribatın həyata keçirilməsi faktiki olaraq torpaqlarımızın hərbi-siyasi yolla azad edilməsini labüd etmişdi"."2020-ci ilin sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirib. Bu əməliyyat Azərbaycan ərazisində həyata keçirilib", - deyə nazir əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443296430_170:0:2901:2048_1920x0_80_0_0_16ba89b49c29e0ae36dd04cf9a55b171.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, zəfər günü
ceyhun bayramov, zəfər günü
Ermənistan 30 il danışıqların imitasiyası ilə məşğul olub - Nazir
11:15 05.11.2022 (Yenilənib: 11:36 05.11.2022) Nazir bildirib ki, 2020-ci ilin sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirib
BAKI, 5 noyabr — Sputnik. Vətən müharibəsində Şuşa əməliyyatı Ermənistanın məğlubiyyətini qaçılmaz etdi. 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat döyüş meydanında qazanılmış qələbənin təsdiqi və sübutudur.
Bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iki ildir ki, Azərbaycanda bayramlar tamamilə fərqli hisslərlə qarşılanır: "İki il bundan əvvəl Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dünyaya nümunə göstərdi və torpaqlarımız işğaldan azad edildi. 1980-ci illərin sonundan Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürüb. Bu müddət ərzində 20 faiz torpaqlarımız işğal altına düşmüşdü. 30 ilə yaxın tarixi dövr ərzində BMT Təhlükəsizlik Şurası 4 qətnamə, o cümlədən bir sıra beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul etmişdi".
Nazir bildirib ki, bütün bunlara baxmayaraq Ermənistanın işğal siyasəti davam edirdi, İrəvan qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirirdi: "Ermənistan danışıqların imitasiyası ilə də məşğul idi. 30 ilə yaxın müddət ərzində Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həll olunmasına sadiqlik nümayiş etdirirdi. Ermənistanda təcavüz xarakterli doktorina qəbul edilməsi, 2020-ci ilin iyulunda hərbi təxribatın həyata keçirilməsi faktiki olaraq torpaqlarımızın hərbi-siyasi yolla azad edilməsini labüd etmişdi".
"2020-ci ilin sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirib. Bu əməliyyat Azərbaycan ərazisində həyata keçirilib", - deyə nazir əlavə edib.