https://sputnik.az/20221104/dovlet-xidmeti-ile-audiovizual-sura-arasinda-birge-fealiyyet-plani-imzalanib-448239319.html
Dövlət Xidməti ilə Audiovizual Şura arasında Birgə Fəaliyyət Planı imzalanıb
Dövlət Xidməti ilə Audiovizual Şura arasında Birgə Fəaliyyət Planı imzalanıb
Sputnik Azərbaycan
10 ay ərzində reklam qanunvericiliyi sahəsində 22 pozuntu aşkarlanıb 04.11.2022, Sputnik Azərbaycan
2022-11-04T13:53+0400
2022-11-04T13:53+0400
2022-11-04T13:53+0400
iqtisadiyyat nazirliyi
cəmiyyət
imza
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691160_0:311:3089:2048_1920x0_80_0_0_2df5d92bfcedb83d587dccc03ffb42ca.jpg
BAKI, 4 noyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə audiovizual media sahəsində reklam fəaliyyəti ilə bağlı maarifləndirmə seminarı keçirilib.Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə seminar iştirakçılarına məlumat verib, bu cür seminarların təşkili, eləcə də iki qurum arasında əməkdaşlığın televiziya və radioda reklam fəaliyyətinin tənzimlənməsinə töhfə verəcəyini vurğulayıb.Audiovizual Şuranın sədri İsmət Səttarov reklam fəaliyyətinin tənzimlənməsi istiqamətində iki qurum arasında birgə fəaliyyətin təşkil edilməsini yüksək qiymətləndirib, bu sahədə nəzərdə tutulan işlərdən danışıb.Seminarda televiziya və radio yayımında reklam və sponsorluğun xüsusiyyətləri, qanunvericiliyin tələbləri, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa təklif olunan əlavə və dəyişikliklər, haqsız, qeyri-dəqiq və gizli reklam haqqında qanunvericiliyin tələbləri, Dövlət Xidmətinin reklam fəaliyyətində nəzarət istiqamətləri və digər mövzularda çıxışlar dinlənilib.Seminar çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Respublikası Audiovizual Şurası arasında Birgə Fəaliyyət Planı imzalanıb.Audiovizial Şuranın Aparat rəhbəri Fazil Novruzov bildirib ki, cari ilin 10 ayı ərzində reklam qanunvericiliyi sahəsində 22 pozuntu aşkarlanıb. O bildirib ki, ötən il 44, 2019-cu ildə isə 58 pozuntu qeydə alınmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691160_160:0:2891:2048_1920x0_80_0_0_a6913b44e30383c309fd1699272d2f19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iqtisadiyyat nazirliyi, imza
iqtisadiyyat nazirliyi, imza
Dövlət Xidməti ilə Audiovizual Şura arasında Birgə Fəaliyyət Planı imzalanıb
10 ay ərzində reklam qanunvericiliyi sahəsində 22 pozuntu aşkarlanıb
BAKI, 4 noyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə audiovizual media sahəsində reklam fəaliyyəti ilə bağlı maarifləndirmə seminarı keçirilib.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə seminar iştirakçılarına məlumat verib, bu cür seminarların təşkili, eləcə də iki qurum arasında əməkdaşlığın televiziya və radioda reklam fəaliyyətinin tənzimlənməsinə töhfə verəcəyini vurğulayıb.
Audiovizual Şuranın sədri İsmət Səttarov reklam fəaliyyətinin tənzimlənməsi istiqamətində iki qurum arasında birgə fəaliyyətin təşkil edilməsini yüksək qiymətləndirib, bu sahədə nəzərdə tutulan işlərdən danışıb.
Seminarda televiziya və radio yayımında reklam və sponsorluğun xüsusiyyətləri, qanunvericiliyin tələbləri, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa təklif olunan əlavə və dəyişikliklər, haqsız, qeyri-dəqiq və gizli reklam haqqında qanunvericiliyin tələbləri, Dövlət Xidmətinin reklam fəaliyyətində nəzarət istiqamətləri və digər mövzularda çıxışlar dinlənilib.
Seminar çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Respublikası Audiovizual Şurası arasında Birgə Fəaliyyət Planı imzalanıb.
Audiovizial Şuranın Aparat rəhbəri Fazil Novruzov bildirib ki, cari ilin 10 ayı ərzində reklam qanunvericiliyi sahəsində 22 pozuntu aşkarlanıb. O bildirib ki, ötən il 44, 2019-cu ildə isə 58 pozuntu qeydə alınmışdı.