Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə naziri apteklərdəki dərman qıtlığı barədə

© Depositphotos.com / Kati MolinDərman, arxiv şəkli
Dərman, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.11.2022
Abunə olmaq
Nazir deyir ki, baza maddəni istehsal edən iri farmakoloji şirkətlərin istehsalat xətlərində problem yaranıb.
BAKI, 3 noyabr - Sputnik. Səhiyyə naziri apteklərdə bəzi dərmanların tapılmamasına münasibət bildirib.
Nazir Teymur Musayev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan bazarında uşaqlara verilən hərarətsalıcı dərman vasitələrinin, xüsusilə də siropların azalmasının ölkəmizlə heç bir əlaqəsi yoxdur.
Onun sözlərinə görə, dünyada həmin dərmanları istehsal edən şirkətlər baza maddədən istifadə edirlər:
"Həmin baza maddəni istehsal edən iri farmakoloji şirkətlərin istehsalat xətlərində problem yaranıb. Bu böhran prinsipcə tək Azərbaycanı deyil, hətta bəzi Avropa ölkələrində də müşahidə olunurdu. Son bir həftə ərzində mövcud problem tamamilə aradan qaldırılıb və həmin dərmanlar Azərbaycana gətirilib. Qısa müddətdə onlar pərakəndə satışa veriləcək".
Nazir onu da qeyd edib ki, Ukraynada olan vəziyyətlə əlaqədar olaraq mart ayında Nazirlər Kabinetinin tapşırığı ilə alternativ bazarlar müəyyən olunub və oradan gələn dərmanlar, analiz üçün reaktivlər alternativ bazarlardan təmin edilir. Bununla əlaqədar heç bir çatışmazlıq yoxdur.
Nazir açıqlamasında yerli dərman istehsalı ilə bağlı bir neçə iri layihələr həyata keçirildiyini vurğulayıb. O bildirib ki, bu istiqamətdə Ələt və Pirallahı Azad İqtisadi Zonasında işlər aparılır: "İnanıram ki, çox qısa müddətdə Azərbaycan özünü əksər dərman vasitələri ilə təmin edə biləcək".
 Teymur Musayev - Sputnik Azərbaycan, 1920, 03.11.2022
SƏHİYYƏ
"Vəsaitlərdən daha səmərəli istifadə olunması başlıca hədəflərdəndir" - Nazir
Xəbər lenti
0