https://sputnik.az/20221103/lavrov-bmt-nin-bas-katibini-ohdelikleri-yerine-yetirmeye-cagirdiq-448198311.html
Lavrov: "BMT-nin baş katibini öhdəlikləri yerinə yetirməyə çağırdıq"
Lavrov: "BMT-nin baş katibini öhdəlikləri yerinə yetirməyə çağırdıq"
Sputnik Azərbaycan
Rusiya xarici işlər naziri əlavə edib ki, Rusiya məhsullarının ixracının həcmi müvafiq Ukrayna malları ilə müqayisə olunmayacaq dərəcədə yüksəkdir. 03.11.2022, Sputnik Azərbaycan
2022-11-03T15:46+0400
2022-11-03T15:46+0400
2022-11-03T15:47+0400
lavrov
rusiya
rusiyanın müdafiə naziri sergey şoyqu
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1d/444486793_0:0:3073:1728_1920x0_80_0_0_76ee40e348c6d9bd27793ecc75db4ee9.jpg
BAKI, 3 noyabr — Sputnik. Ərzaq sazişinin bir hissəsi kimi Rusiya gübrələri və taxıl ixracının qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib."Biz BMT-nin baş katibini üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırdıq. Ümid edirəm ki, bizim gübrə və taxıl ixracımıza maneələr yaradan ölkələr də baş katibin təklif etdiyi, iki hissədən - Ukrayna və Rusiyadan ibarət sazişi dəstəkləmək məsuliyyətlərini dərk edəcəklər", - Lavrov jurnalistlərə deyib."Bu paketin ikinci hissəsi ilə bağlı çox yaxın vaxtlarda ciddi tədbirlər görülməlidir", - Rusiya XİN rəhbəri vurğulayıb.O əlavə edib ki, Rusiya məhsullarının ixracının həcmi müvafiq Ukrayna malları ilə müqayisə olunmayacaq dərəcədə yüksəkdir.Rusiya Müdafiə Nazirliyinə taxıl sazişində iştirakın bərpası ilə bağlı göstərişlər verilib, lakin Kiyev zəmanətləri pozarsa, Rusiya ondan çıxmaq hüququnu özündə saxlayır.Bu sözləri Rusiya Prezidenti Vladimir Putin ölkəsinin "taxıl sazişi"nə qayıtmasını şərh edərkən deyib."Bununla əlaqədar mən Müdafiə Nazirliyinə bu işdə tam iştirakımızı bərpa etmək üçün göstəriş vermişəm. Eyni zamanda, Ukrayna bu zəmanətləri pozarsa, Rusiya bu sazişlərdən çıxmaq hüququnu özündə saxlayır", - deyə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə bildirib.Oktyabrın 30-da Kiyevin Qara dəniz donanmasının gəmilərinə və Sevastopol sularında mülki gəmilərə hücumundan sonra Rusiya Ukrayna limanlarından məhsulların ixracında iştirakının dayandırıldığını elan edib.İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan "taxıl müqaviləsi" Ukrayna taxılının, ərzaq məhsullarının və gübrələrinin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (JCC) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Müqavilənin müddəti noyabrın 19-da başa çatır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1d/444486793_0:0:2731:2048_1920x0_80_0_0_35b4b7bb31a1bd139e4c2682fd4d7a2a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, rusiyanın müdafiə naziri sergey şoyqu
lavrov, rusiyanın müdafiə naziri sergey şoyqu
Lavrov: "BMT-nin baş katibini öhdəlikləri yerinə yetirməyə çağırdıq"
15:46 03.11.2022 (Yenilənib: 15:47 03.11.2022) Rusiya xarici işlər naziri əlavə edib ki, Rusiya məhsullarının ixracının həcmi müvafiq Ukrayna malları ilə müqayisə olunmayacaq dərəcədə yüksəkdir.
BAKI, 3 noyabr — Sputnik. Ərzaq sazişinin bir hissəsi kimi Rusiya gübrələri və taxıl ixracının qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Biz BMT-nin baş katibini üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırdıq. Ümid edirəm ki, bizim gübrə və taxıl ixracımıza maneələr yaradan ölkələr də baş katibin təklif etdiyi, iki hissədən - Ukrayna və Rusiyadan ibarət sazişi dəstəkləmək məsuliyyətlərini dərk edəcəklər", - Lavrov jurnalistlərə deyib.
"Bu paketin ikinci hissəsi ilə bağlı çox yaxın vaxtlarda ciddi tədbirlər görülməlidir", - Rusiya XİN rəhbəri vurğulayıb.
O əlavə edib ki, Rusiya məhsullarının ixracının həcmi müvafiq Ukrayna malları ilə müqayisə olunmayacaq dərəcədə yüksəkdir.
Rusiya Müdafiə Nazirliyinə taxıl sazişində iştirakın bərpası ilə bağlı göstərişlər verilib, lakin Kiyev zəmanətləri pozarsa, Rusiya ondan çıxmaq hüququnu özündə saxlayır.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin ölkəsinin "taxıl sazişi"nə qayıtmasını şərh edərkən deyib.
"Bununla əlaqədar mən Müdafiə Nazirliyinə bu işdə tam iştirakımızı bərpa etmək üçün göstəriş vermişəm. Eyni zamanda, Ukrayna bu zəmanətləri pozarsa, Rusiya bu sazişlərdən çıxmaq hüququnu özündə saxlayır", - deyə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə bildirib.
Oktyabrın 30-da Kiyevin Qara dəniz donanmasının gəmilərinə və Sevastopol sularında mülki gəmilərə hücumundan sonra Rusiya Ukrayna limanlarından məhsulların ixracında iştirakının dayandırıldığını elan edib.
İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan "taxıl müqaviləsi" Ukrayna taxılının, ərzaq məhsullarının və gübrələrinin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (JCC) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Müqavilənin müddəti noyabrın 19-da başa çatır.