NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

BP Azərbaycanda karbon emissiyasını azaldacaq

© AFP 2024 / BEN STANSALLBP loqotipi, arxiv şəkli
BP loqotipi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.11.2022
Abunə olmaq
"Biz qazla işləyən stansiyalarımızı bərpa olunan enerji ilə transformasiya edəcəyik," - deyə BP rəsmisi söyləyib.
BAKI, 3 noyabr — Sputnik. "Azad olunmuş ərazilərdə günəş enerjisi üçün imkanlar var. Bu enerji mənbəyi Səngəçaldakı əməliyyatlarımızı elektrik enerjisi ilə təmin edəcək".
Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Allan "Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri" konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu həmçinin, sahənin karbonsuzlaşdırılmasına xidmət göstərəcək.
"Azərbaycanda karbon emissiyasını azaldacağıq. Biz qazla işləyən stansiyalarımızı bərpa olunan enerji ilə transformasiya edəcəyik. Bu da bizim emissiyamızı 11% azaldacaq, gələcəkdə karbohidrogen sahəsinin də təmizlənməsinə xidmət edəcək. Azərbaycanda tətbiq edəcəyimiz digər istiqamət sənayedə aşağı karbon emissiyasıdır. Energetika Nazirliyi ilə birgə "Yaşıl enerji"yə investisiyaları nəzərdən keçiririk", - deyə K.Allan vurğulayıb.
Qeyd edək ki, noyabrın 2-də Bakıda BMT-nin "Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri" konfransı keçirilir.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev konfransda çıxış edərək vurğulayıb ki, ərazilərimizin təxminən 30 ildən sonra işğaldan azad edilməsi iqlim dəyişmələrinin təsirinin yumşaldılması və azaldılması üçün yeni imkan yaradıb. Həmin ərazilərin bərpası zamanı “yaşıl kənd təsərrüfatı”, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi, ekoloji təmiz texnologiyaların, bərpaolunan enerji mənbələrindən istifadə bu ərazilərin dayanıqlı inkişafında mühüm rol oynayacaq. Burada “yaşıl enerji” zonalarının yaradılması və meşələrin bərpası iqlim dəyişmələrinin təsirinin yumşaldılması hədəflərinə çatmağa imkan verəcək.
Xəbər lenti
0