DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Akar altı gəminin Ukrayna limanlarını tərk etdiyini açıqladı

© AP Photo / Virginia Mayo Türkiyənin milli müdafiə naziri Hulusi Akar
 Türkiyənin milli müdafiə naziri Hulusi Akar  - Sputnik Azərbaycan, 1920, 03.11.2022
Abunə olmaq
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlardan və iki ölkənin müdafiə nazirləri arasında danışıqlardan sonra taxıl dəhlizinin işinin bərpasına dair razılıq əldə olunduğunu bildirib.
BAKI, 3 noyabr — Sputnik. Taxıl müqaviləsinin bərpası çərçivəsində altı taxıl daşıyan gəmi Ukrayna limanlarını tərk edib. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlardan və iki ölkənin müdafiə nazirləri arasında danışıqlardan sonra taxıl dəhlizinin işinin bərpasına dair razılıq əldə olunduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi çərşənbə günü Rusiyanın ərzaq müqaviləsində iştirakını bərpa etdiyini açıqlayıb.
"Taxıl təşəbbüsünün bərpasından sonra altı gəmi Ukrayna limanlarını tərk edib. Beləliklə, limanları tərk edən gəmilərin sayı 426, daşınan taxılın miqdarı isə 9,7 milyon tonu keçib", - deyə Türkiyə Müdafiə Nazirliyi Hulusi Akardan sitat gətirib.
İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Müqavilənin müddəti noyabrın 19-da başa çatır.
Xəbər lenti
0