https://sputnik.az/20221102/turkiye-soyquya-ukraynanin-taxil-sazisine-dair-movqeyi-barede-melumat-verib-448143834.html
Türkiyə Şoyquya Ukraynanın "taxıl sazişi"nə dair mövqeyi barədə məlumat verib
Türkiyə Şoyquya Ukraynanın "taxıl sazişi"nə dair mövqeyi barədə məlumat verib
Sputnik Azərbaycan
Akar deyib ki, lazımi işləri gördükdən sonra Şoyquya narahatlıq üçün heç bir səbəbin olmadığı barədə məlumat verilib. 02.11.2022, Sputnik Azərbaycan
2022-11-02T12:35+0400
2022-11-02T12:35+0400
2022-11-02T12:35+0400
rusiyanın müdafiə naziri sergey şoyqu
rusiya
hulusi akar
taxıl
ukrayna
https://cdnn1.img.sputnik.az/img/42217/78/422177883_0:0:2000:1125_1920x0_80_0_0_3263c8a7240862834b363ef83c82e919.jpg
BAKI, 2 noyabr — Sputnik. Türkiyə Rusiyanın müdafiə naziri Sergey Şoyquya "taxıl sazişi" ilə bağlı Ukraynanın mövqeyi barədə məlumat verib və dəhlizin təhlükəsizliyi ilə bağlı heç bir narahatlığın olmadığını bildirib. Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar "Milliyyət" qəzetinə müsahibəsində bildirib.Rusiya şənbə günü Kiyevin Qara dəniz donanmasının gəmilərinə və Sevastopol sularında mülki gəmilərə etdiyi terror hücumundan sonra Ukrayna limanlarından məhsulların ixracında iştirakını dayandırdığını elan edib. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, terror aktının hazırlanması və Ukraynanın 73-cü Xüsusi Dəniz Əməliyyatları Mərkəzinin hərbi heyətinin təlimi britaniyalı mütəxəssislərin rəhbərliyi altında həyata keçirilib."Baş verən problemlərin həlli üçün hər iki tərəfin nazirləri ilə görüşürük. Dünən axşam cənab Şoyqu ilə telefonla danışdıq. Onun narahatlığı var idi və biz onun narahatlığını qəbul etdik. Biz həmçinin Ukrayna nazirləri ilə də danışıqlar apardıq. Lazımi işləri gördükdən sonra Şoyquya bildirdik ki, narahatlıq üçün heç bir səbəb yoxdur, vəziyyətin normallaşmasını gözləyirik", - deyə Akar bildirib.Onun sözlərinə görə, həmsöhbətləri ilə danışıqlarda qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsünün davam etdirilməsinin çox vacib olması məsələsi qaldırılıb."Saziş göstərir ki, bütün problemləri əməkdaşlıq və dialoq yolu ilə həll etmək olar və sırf humanitar fəaliyyət olan taxılın daşınması təşəbbüsü münaqişə şəraitindən ayrı saxlanılmalıdır. Buradan bir daha bütün tərəflərə danışıqlar masası arxasına əyləşməyə çağırışımızı təkrar etmək istərdim", - deyə Akar bildirib.Nazir Hulusi Akar bildirib ki, Türkiyə Rusiya limanlarından taxıl daşınması variantlarını araşdırır."Biz hətta Rusiya limanlarında taxılın daşınması üçün nə edilə biləcəyini öyrənməyə çalışırıq. Uzunmüddətli perspektivdə taxılla bağlı razılığın əldə edilməməsi qlobal qeyri-sabitliyə səbəb ola bilər. Biz tərəfləri bir daha bunun qarşısını almağa çağırırıq", - deyə Akar bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42217/78/422177883_166:0:1939:1330_1920x0_80_0_0_53093f84f64e5dfb0bdfce0e0d33ec09.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiyanın müdafiə naziri sergey şoyqu, hulusi akar, taxıl, ukrayna
rusiyanın müdafiə naziri sergey şoyqu, hulusi akar, taxıl, ukrayna
Türkiyə Şoyquya Ukraynanın "taxıl sazişi"nə dair mövqeyi barədə məlumat verib
Akar deyib ki, lazımi işləri gördükdən sonra Şoyquya narahatlıq üçün heç bir səbəbin olmadığı barədə məlumat verilib.
BAKI, 2 noyabr — Sputnik. Türkiyə Rusiyanın müdafiə naziri Sergey Şoyquya "taxıl sazişi" ilə bağlı Ukraynanın mövqeyi barədə məlumat verib və dəhlizin təhlükəsizliyi ilə bağlı heç bir narahatlığın olmadığını bildirib.
Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar "Milliyyət" qəzetinə müsahibəsində bildirib.
Rusiya şənbə günü Kiyevin Qara dəniz donanmasının gəmilərinə və Sevastopol sularında mülki gəmilərə etdiyi terror hücumundan sonra Ukrayna limanlarından məhsulların ixracında iştirakını dayandırdığını elan edib. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, terror aktının hazırlanması və Ukraynanın 73-cü Xüsusi Dəniz Əməliyyatları Mərkəzinin hərbi heyətinin təlimi britaniyalı mütəxəssislərin rəhbərliyi altında həyata keçirilib.
"Baş verən problemlərin həlli üçün hər iki tərəfin nazirləri ilə görüşürük. Dünən axşam cənab Şoyqu ilə telefonla danışdıq. Onun narahatlığı var idi və biz onun narahatlığını qəbul etdik. Biz həmçinin Ukrayna nazirləri ilə də danışıqlar apardıq. Lazımi işləri gördükdən sonra Şoyquya bildirdik ki, narahatlıq üçün heç bir səbəb yoxdur, vəziyyətin normallaşmasını gözləyirik", - deyə Akar bildirib.
Onun sözlərinə görə, həmsöhbətləri ilə danışıqlarda qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsünün davam etdirilməsinin çox vacib olması məsələsi qaldırılıb.
"Saziş göstərir ki, bütün problemləri əməkdaşlıq və dialoq yolu ilə həll etmək olar və sırf humanitar fəaliyyət olan taxılın daşınması təşəbbüsü münaqişə şəraitindən ayrı saxlanılmalıdır. Buradan bir daha bütün tərəflərə danışıqlar masası arxasına əyləşməyə çağırışımızı təkrar etmək istərdim", - deyə Akar bildirib.
Nazir Hulusi Akar bildirib ki, Türkiyə Rusiya limanlarından taxıl daşınması variantlarını araşdırır.
"Biz hətta Rusiya limanlarında taxılın daşınması üçün nə edilə biləcəyini öyrənməyə çalışırıq. Uzunmüddətli perspektivdə taxılla bağlı razılığın əldə edilməməsi qlobal qeyri-sabitliyə səbəb ola bilər. Biz tərəfləri bir daha bunun qarşısını almağa çağırırıq", - deyə Akar bildirib.