DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şimali Koreyanın raket sınaqlarına görə Yaponiyada böhran qərargahı yaradılıb

© AFP 2024 / KCNA / KNS Şimali Koreyanın raket sınağı, arxiv şəkli
Şimali Koreyanın raket sınağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2022
Abunə olmaq
Yaponiyanın Sahil Mühafizə Xidmətinin məlumatına görə, ballistik raketlər Yapon dənizi istiqamətində buraxılıb.
BAKI, 2 noyabr — Sputnik. Şimali Koreyanın noyabrın 2-də həyata keçirdiyi növbəti raket sınaqlarına görə Yaponiya hökuməti yanında böhran qərargahı yaradılıb.
Yaponiyanın Sahil Mühafizə Xidməti məlumat yayıb ki, ballistik raketlər Yapon dənizi istiqamətində buraxılıb.
Sahil Mühafizəsi Xidmətinin məlumatında qeyd edilir ki, Şimali Koreya tərəfindən buraxılan raket artıq dənizə düşüb. Raketin düşdüyü dəqiq ərazi qeyd edilmir.
Yaponiyanın Baş naziri Fumio Kişidanın dəftərxanası yanında yaradılan böhran qərargahı məlumatların toplanmasını və təhlilini davam etdirir.
Qeyd edək ki, bu, cari ilin əvvəlindən Şimali Koreya tərəfindən 29-cu raket sınağıdır. Bunlardan 23-nün müxtəlif növ ballistik raketlər olduğu bildirilir.
Xəbər lenti
0