Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ali Məhkəmədə açıq qapı günləri təşkil olunacaq

© Photo : REPORTAli Məhkəmə
Ali Məhkəmə - Sputnik Azərbaycan, 1920, 02.11.2022
Abunə olmaq
“Açıq qapı” günlərində iştirak etmək istəyən şəxslərdən https://supremecourt.gov.az/siteform/opendays linki vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.
BAKI, 2 noyabr — Sputnik. Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyi ilə əlaqədar noyabrın 14-dən etibarən Ali Məhkəmənin inzibati binasında "Açıq qapı" günləri təşkil ediləcək.
Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməklə həftədə bir gün Ali Məhkəmənin inzibati binası, iş fəaliyyəti, eləcə də Ali Məhkəmənin kitabxana və tarix muzeyi ilə tanış ola biləcəklər.
Həmçinin vətəndaşların ədalət mühakiməsinin həyata keçirilməsi sistemi ilə yaxından tanışlığı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi, elektron sistemlərin tətbiqi və digər yeniliklər barədə məlumatlandırılması, onlara hüquqlarının müdafiəsi mexanizmləri və sair barədə izahlar verilməsi nəzərdə tutulur.
"Açıq qapı" günlərində iştirak etmək istəyən şəxslərdən https://supremecourt.gov.az/siteform/opendays linki vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.
Ali Məhkəmə haqqında
Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır.
Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir.
Ali Məhkəmə Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.
Xəbər lenti
0