Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" məğlubiyyətsiz oyunlar rekordunu yenilədi

© Photo : Qarabağ FK"Qarabağ"ın futbolçuları
Qarabağın futbolçuları - Sputnik Azərbaycan, 1920, 31.10.2022
Abunə olmaq
Qurban Qurbanovun yetirmələri son olaraq dünən Misli Premyer Liqasının XII turunda səfərdə "Şamaxı"nı 4:0 hesabı ilə məğlub edib.
BAKI, 31 oktyabr — Sputnik. "Qarabağ" Azərbaycan çempionatlarında məğlubiyyətsiz oyunlar seriyasındakı rekordunu yeniləyib.
Ağdam təmsilçisi artıq 31 matçdır ki, məğlubiyyət üzü görmür.
Qurban Qurbanovun yetirmələri son olaraq dünən Misli Premyer Liqasının XII turunda səfərdə "Şamaxı"nı 4:0 hesabı ilə məğlub edib. Cari mövsüm keçirdiyi 11 matçın hamısında qələbə qazanan "Qarabağ" 2021/22 mövsümünün də son 20 görüşündə uduzmayıb.
Azərbaycan çempionunun son məğlubiyyəti 2021-ci il oktyabrın 25-nə təsadüf edib. Səfərdə "Səbail"ə 1:3 hesabı ilə uduzan bölgə təmsilçisinin artıq bir ildir ki, Premyer Liqada "biləyi bükülmür". Komanda bu müddətdə 27 qələbə qazanıb, 4 heç-heçə edib. Seriya dövründə 94 qol vuran "Qarabağ" 16 top buraxıb.
XXI əsrdə Avropada ən uzun məğlubiyyətsizlik seriyası isə "Porto"ya məxsusdur. Portuqaliya klubu 2020-2022-ci illər aralığında 58 qarşılaşmada uduzmayıb.
Xəbər lenti
0