CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Vətən müharibəsi"nin 31-ci günü

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidBərdədə vəziyyət
Bərdədə vəziyyət - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Abunə olmaq
Azərbaycan Silahlı Qüvvələri humanitar atəşkəs rejiminə riayət edərək, bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görüb.
BAKI, 27 oktyabr – Sputnik. Vətən müharibəsinin 31-ci günü – 2020-ci il oktyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri humanitar atəşkəs rejiminə riayət edərək, bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görüb.
Ermənistan guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yalan məlumat yayıb. Müdafiə Nazirliyinin Mətbuat Xidməti bu xəbəri təkzib edib.

"Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir. Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur", - deyə məlumatda bildirilib.

Elə həmin gün Ermənistan silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.
Daha sonra Ermənistan tərəfi Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə məlumat yayıb.
Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri də təkzib edib:

"Əksinə, oktyabrın 27-də saat 16.00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb. Azərbaycan Ordusu bütün cəbhə boyu humanitar atəşkəs rejiminə əməl edir".

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidBərdədə vəziyyət
Bərdədə vəziyyət - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Bərdədə vəziyyət
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki hesabında yazıb:

"Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Ermənistanın müharibə cinayətlərinə üsyan edən Mehriban Əliyeva yazıb:

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir. Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun? Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram. Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq. Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

Elə həmin gün Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Sərhəd Qoşunlarının Qarabağda gedən döyüşlər zamanı 37 hərbçisinin gəbərdiyi barədə xəbər yayıb. Sputnik Ermənistan xəbər verib ki, bunu Ermənistan MTX-nın direktorunun müavini Armen Abazyan bildirib.

"Ermənistan MTX-nın Sərhəd Qoşunları döyüşlərə cəlb olunub. Döyüşlər zamanı 37 hərbçi ölüb, 4 nəfər itkin düşüb. Daha 243 nəfər yaralanıb", - deyə məlumatda bildirilir.

Xəbər lenti
0