Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

“Şimal axını” terror aktına Avropanın ləng reaksiyası təəccüblüdür - Rusiya XİN

© AFP 2024 / ALEXANDER NEMENOVRusiya XİN binası
Rusiya XİN binası - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, Qərb ölkələrinin bir çox doktrinalarında və strateji konsepsiyalarında kritik infrastrukturun zədələnməsi silahlı hücum aktı ilə eyniləşdirilir.
BAKI, 27 oktyabr — Sputnik. Qərb doktrinalarında kritik infrastrukturun zədələnməsi silahlı hücum aktı ilə eyniləşdirilir, ona görə də Avropanın "Şimal axını"nda terror aktına ləng reaksiyası təəccüblüdür. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko XV Verona Avrasiya İqtisadi Forumu çərçivəsində RİA Novosti-yə bildirib.
"Biz artıq qeyd etmişik ki, Qərb ölkələrinin bir çox doktrinalarında və strateji konsepsiyalarında kritik infrastrukturun zədələnməsi silahlı hücum aktı ilə eyniləşdirilir", - deyən nazir müavini bunun təkcə enerji təhlükəsizliyinin təmin edilməsi baxımından deyil, həm də həm də sözün əsl mənasında təhlükəsizlik tədbirləri baxımından çox vacib olduğunu vurğulayıb.
© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko
Заместитель министра иностранных дел РФ Александр Грушко - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko
"Əlbəttə, təəccüblü olan Avropanın tamamilə ləng reaksiyasıdır. Çünki bu hücum Rusiyaya məxsus obyektə edilib, lakin burada Avropanın əsas maraqlarına toxunulur və susurlar", - Qruşko vurğulayıb.
Xatırladaq ki, hücumlar sentyabrın 26-da eyni vaxtda Rusiyanın Avropaya qaz ixrac etdiyi iki boru kəmərinə - "Şimal axını" (hər iki xətt) və "Şimal axını-2" üzrə həyata keçirilib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz boru kəmərlərində fövqəladə vəziyyətin misli görünməmiş hadisə olduğunu və təmirin başa çatma vaxtını dəqiq deməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı iş açıb.
Oktyabrın ortalarında "Qazprom"un rəhbəri Aleksey Miller qeyd edib ki, "Şimal axını 2"nin ikinci xətti də zədələnə bilər, lakin orada qaz sızması olmayıb.
Xəbər lenti
0