DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tokayev Qazaxıstan ordusunu gücləndirəcəyini anons etdi

© AP Photo / Alexei FilippovПрезидент Казахстана Касым-Жомарт Токаев, фото из архива
Президент Казахстана Касым-Жомарт Токаев, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Abunə olmaq
Qazaxıstan prezidenti bildirib ki, hərbi sənaye kompleksinin inkişafı, ərazi müdafiəsinin gücləndirilməsi, hərbi-sənaye kompleksinin inkişafı istiqamətində tədbirlər davam etdiriləcək.
BAKI, 26 oktyabr — Sputnik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yaxın illərdə ordunun və güc blokunun hərtərəfli modernləşdirilməsini həyata keçirəcəyini vəd edib.
"Görünməmiş xarici çağırışlar qarşısında biz dövlətin suverenliyinin və ölkənin bütövlüyünün toxunulmazlığını təmin etməliyik. Bu, keçmiş və gələcək nəsillər qarşısında bizim müqəddəs borcumuzdur. Biz ordunun və bütün güc blokunun modernləşdirilməsinin hərtərəfli qaydada həyata keçirilməsinə xüsusi diqqət yetirəcəyik", - deyə Tokayev respublika ictimai qərargahında seçki proqramı ilə çıxış edərkən bildirib.
Eyni zamanda, o qeyd edib ki, "hərbçilər müasir silah və texnika ilə təmin olunacaqlar".
"Biz hərbi xidmətin nüfuzunu və hərbi qulluqçuların statusunu artıracağıq, ordumuzun imicini gücləndirəcəyik. Hərbi qulluqçular Qazaxıstanın vətənpərvərlik rəmzinə çevriləcək. Hərbi sənaye kompleksinin inkişafı, ərazi müdafiəsinin gücləndirilməsi, hərbi-sənaye kompleksinin inkişafı istiqamətində tədbirlər davam etdiriləcək, hərbi qulluqçuların imicini gücləndirəcəyik", - Tokayev bildirib.
Qazaxıstanda növbədənkənar prezident seçkiləri noyabrın 20-nə təyin edilib.
Xəbər lenti
0